İqtisadi inkişafın yeni mərhələsi

 

2014-cü il "Sənaye ili"dir

 

 

 

Müasir iqtisadi sistemlərin təkamülündə başlıca ənənə xammalpostindustrial iqtisadiyyat paradiqmasından "elm əsasında qurulmuş iqtisadiyyat" (knowledge based economy) paradiqmasına keçiddir. Ölkəmizin iqtisadiyyatında son dövrlər nail olunmuş makroiqtisadi sabitlik, dinamik artım, habelə yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsində qazanılmış uğurlar Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətləri üzrə həyata keçirdiyi sistemli və ardıcıl fəaliyyətin nəticələridir. Dövlət başçısının 2014-cü ili "Sənaye ili" elan etməsi keyfiyyətcə yeni mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir.

Sərəncamda sənayeləşmənin reallaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq tədbirlər planının hazırlanması üçün əsas tezislər (hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi; qeyri-neft sənayesinin şaxələndirilməsi; mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi; ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması; regionlarda sənaye potensialının gücləndirilməsi) də öz əksini tapmışdır.

Cari ilin "Sənaye ili" elan olunması ilə bağlı Prezidentin imzaladığı sərəncamda sənayeləşmənin reallaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq tədbirlər planının hazırlanması üçün əsas tezislər əksini tapmışdır. Bunlar hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir.

Sənayeləşmə ənənəvi inkişaf mərhələsindən, iqtisadiyyatda sənaye istehsalının xüsusi çəkisinin aparıcı rolu ilə səciyyələnən sənayeləşmə mərhələsinə sürətli sosial-iqtisadi keçid prosesidir. Bu proses xüsusilə metalurgiya, maşınqayırma, cihazqayırma, energetika kimi sənaye sahələrində yeni texnologiyaların inkişafı ilə əlaqədardır. Sənayeləşmə prosesi investisiyaları və iqtisadi inkişafı stimullaşdıraraq cəmiyyətın dünyaya baxışını dəyişdirir. Sabit hakimiyyət, gömrük tariflərinin aşağı salınma siyasəti, struktulaşmış sosium, ucuz əmək resursları, həmçinin əlverişli coğrafi vəziyyət və xarici investisiyalar da sənayeləşmənin müvəffəqiyyətlə həyata keçirilməsinin vacib şərtləridir.

Azərbaycan sənayeləşmə ənənələrinə malik bir ölkədir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramana yatağı sənaye üsulu ilə işlənilməyə başlanmışdır. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizi Azərbaycanda hasil edilirdi. 1949-cu ildə sahildən 100 km məsafədə yerləşən "Neft Daşları"nda dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olunmuşdur. Bununla əlaqədar neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük sıçrayışlar baş vermişdir.

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu dövrdə neft maşınqayırma kompleksi, Dərin özüllər, Məişət kondisionerləri, Elektron hesablama maşınları və digər zavodlar istifadəyə verildi. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnikaelektronika, cihazqayırma, yol inşaat maşınları və s. sahələr inkişaf etdirildi. Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradıldı.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə yeni neft strategiyası və doktrinası irəli sürülərək 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard dollara yaxın olan 21 beynəlxalq saziş imzalandı. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində müstəqil Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasları qoyuldu, müasir infrastruktur formalaşmağa başladı.

Azərbaycanın neft maşınqayırma kompleksi Sovet İttifaqında neft və qazın çıxarılması, quyuların cari və əsaslı təmiri avadanlıqlarının 70 faizini istehsal edirdi. Həmin avadanlıqlar dünyanın 35 ölkəsinə ixrac edilirdi. Bu gün "Azneftkimyamaş" ASC 18 törəmə səhmdar cəmiyyətindən, o cümlədən 90 addan artıq və 600 növdən çox nomenklaturada neftqeyri-neft avadanlıqları istehsal edən 14 zavoddan ibarətdir. "Azneftkimyamaş"ASC özündə həmçinin elmi-tədqiqat, təcrübə-sınaq və layihə-texnoloji fəaliyyətlə məşğul olan 500-dən çox alim, mühəndis-texniki işçinin çalışdığı 4 elmi-tədqiqat və layihə institutunu birləşdirir. ASC-nin müəssisələrində istehsal edilən bir çox məmulatlar üzrə Amerika Neft İnstitutunun monoqramları alınmışdır.

Son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda və regionlarda dünyanın ən qabaqcıl texnika və texnologiyalarından istifadə olunaraq müasir istehsal müəssisələri yaradılır. Təkcə bir neçə il ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan Avtomobil, Bərk məişət tullantılarının yandırılması, Qaradağ Metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə Alüminium, Mingəçevir elektron avadanlıqlar, Qaradağ rayonunda Gəmiqayırma zavodları, Qaradağ Sement zavodunun yeni istehsal xətti, "Azbentonit" müəssisəsi, Qəbələ piano,"M-Line", AZMDF,"EMBAWOOD" mebel fabrikləri və digər müəssisələr istifadəyə verilmişdir. Gəmiqayırma zavodunun və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə verməklə müasir texnologiyaların cəlb olunmasına, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcək. Son 10 il ərzində həmçinin Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuşdur, 10 min kilometrə yaxın avtomobil yolları tikilmişdir, Azərbaycan kosmik sənayeyə malik olan ölkələr klubuna daxil olmuşdur. Bu gün Azərbaycanın "Azərspace - 1" adlı öz peyki vardır. Bunlar tarixi nailiyyətlərdir.

Ölkədə müasir nəqliyyat infrastrukturu yaradılmışdır. Bu baxımdan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil, dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə sənayenin inkişafına töhfəsini verəcək.

2014-cü ilin "Sənaye ili" elan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlığını artırmaq, ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda ölkəmiz xammal və yarımfabrikat ixracatını mümkün qədər azaltmalı, hazır məhsul istehsalına üstünlük verməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracına üstünlük verirlər. Yaxşı olardı ki, biz emal sənayesinin inkişafına diqqəti artıraq, xammaldan hazır məhsul alınmasına çalışaq, bu məqsədlə yeni müəssisə və istehsal sahələri yaradaq. Bu isə eyni zamanda yeni yerləri açmaq deməkdir. Həmin resurslar xüsusilə emal sənayesində çoxdur.

Bir sıra yeraltı və yerüstü təbii sərvətlərimiz, respublikada istifadə olunmayan xammal resursları sırasındadır. Dağ-mədən sənayesi, alternativ enerji mənbələri, faydalı qazıntı yataqları, bir sözlə kəşf edilmiş belə sərvətlərimiz az deyil. Amma ən vacib məsələ odur ki, daxilixarici bazarda daha çox tələb olunan sənaye məhsullarının çeşidini, onların rəqabətə davamlığını artıraq, qiyməti bazarlara uyğunlaşdıraq, keyfiyyəti bu günün tələblərinə cavab verən səviyyəyə çatdıra bilək.

Yeni neft-kimya kompleksinin yaradılması sahəsində də Azərbaycanda geniş proqram hazırlanmışdır. Məqsəd həmin sahəni elm və texnikanın son nailiyyətləri əsasında, habelə müasir texnologiyalar tətbiq etməklə daha da inkişaf etdirməkdir. Bu və digər məsələlər planauyğun aparılır, nəzərdə tutulan layihələr ardıcıl həyata keçirilir.

Ölkəmizdə ilk dəfə olaraq müdafiə, kosmikalternativ enerji sənaye sahələri yaradılmışdır. Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elm tutumlu texnologiyalar əsasında inkişafı dövlətin yüksək prioritetlərindən biridir və müdafiə-sənayesi kompleksi qarşısında qoyulmuş məsələlərin reallaşdırılmasında səmərəli iştirak edə bilən yüksək ixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. MSK-nın inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin qarantı olmaqla bərabər, iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində də elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir. Nazirliyin tabeliyində olan 14 müəssisə hazırda 750 adda məhsul istehsal edir. Bu nomenklaturanın 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil edir.

Hazırda həmin məhsulların ixracı istiqamətində təşkilati işlər görülür. Yeri gəlmişkən qeyd edək ki, 2014-cü ildə Azərbaycanda keçiriləcək "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisi regionda ilk belə tədbir olacaq. 21 ölkədən 100-dən artıq şirkət sərgidə iştirak edəcəyini təsdiqləmişdir.

Ölkənin müdafiə sənayesi-kompleksində bu gün həyata keçirilən inteqrasiya prosesləri, son nəsl rəqəmli proqramla idarə olunan çoxməqsədli texnoloji avadanlıqlar və texnoloji xətlərin tətbiqi və yeni texnologiyaların transferi müdafiə təyinatlı ixtisaslar üzrə innovasiya texnologiyalarından istifadə etməyə qadir mütəxəssis hazırlığı həyata keçirməyi tələb edir.

Sənayeləşdirmə siyasətinin reallaşdırılması üçün bir sıra əlavə tədbirlərin görülməsi də mühüm əhəmiyyət daşıyır. Bunlar daxili bazarın xarici inhisarın ekspansiyasından qorunması, sənaye məhsullarının ixracının dəstəklənməsi, xarici texnologiyaların transferində Azərbaycan istehsalçılarının maraqlarının həyata keçirilməsi, nou-hauların alınması, təcrübi-konstruktor işləmələrinin birbaşa maliyyələşdirilməsionlardan istifadə hüququnun istehsalçıya verilməsi, müasir texnoloji durumun tələbləri səviyyəsində elmi, mühəndis-texniki, ixtisaslı fəhlə kadrları hazırlığının həyata keçirilməsindən ibarətdir.

 Bu gün AzTU-da şaxələnmiş ölkə sənayesi üçün 28 istiqamətdə, 70-dək ixtisas, o cümlədən müdafiə təyinatlı ixtisaslar üzrə bakalavr, magistr hazırlığı həyata keçirilir. Universitetdə "Nəqliyyat", "Elektrotexnikaenergetika", "Radiotexnika və rabitə", "Metallurgiya", "Maşınqayırma", "Avtomatikakompyuter texnikası", "Texnoloji maşınlar", "Mühəndis biznesimenecment", "Xarici vətəndaşların təhsili" , "Xüsusi TexnikaTexnologiya" fakültələri fəaliyyət göstərir. Bu fakültələrin 46 kafedrasında 600 nəfərdən artıq professor-müəllim heyəti, o cümlədən 68 professor, elmlər doktoru, 332 dosent, elmlər namizədi (PHD) çalışır. Alimlik dərəcəsi almaq üçün 50-dən artıq yerlixarici ölkə mütəxəssisləri elmi araşdırmalar aparır. Universitetdə texniki elmlərin müxtəlif istiqamətlərində alimlik dərəcəsi verən iki ixtisaslaşdırılmış elmi şura fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı elmi-texniki jurnalda çap olunur. 500 mindən artıq kitab fondu olan universitet kitabxanası və oxu zalları, eləcə də 400-dən artıq fərdi kompyuteri olan 20-dək tədris və multimedia zalları, ixtisaslaşdırılmış laboratoriyalar tələbələrə və əməkdaşlara xidmət edir.

Universitet BMT, UNESCO, TRASEKA və digər Beynəlxalq Təşkilatların müvafiq strukturları, bir çox xarici ölkələrin tanınmış universitetləri ilə sıx əməkdaşlıq edir. Müxtəlif dövrlərdə universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları təhsil almış və hazırda təhsil almaqda davam edirlər. Universitetin müasir avadanlıqlarla təchiz edilmiş auditoriya və laboratoriyalarında Boloniya prosesi ilə təsbit edilən kredit sisteminə uyğun tədris planları əsasında müasir elmin və texnikanın problemlərini həll edə biləcək 8000-dən çox tələbə bakalavrmagistr pillələrində təhsil alır. Universitet ölkəmizin iqtisadiictimai həyatında fəal iştirak edir.

AzTU-nu digər ali məktəblərdən fərqləndirən üstün cəhət sənayeləşmənin əsaslarını təşkil edən texnika və texnologiyaların tədris, tədqiqat və əyani istifadə obyektləri kimi öyrənilməsidir. Bu gün AzTU-nun bir sıra aparıcı kafedralarının texnikitexnoloji təminatları dünyanın qabaqcıl təhsil müəssisələri ilə müqayisə oluna biləcək qədər yaxşılaşmış, yenimüasir laboratoriyalar və tədris mərkəzləri yaradılmışdır. Məsələn, tədris prosesində yeni texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması, tələbələrdə unikal vərdişlərin və qabiliyyətlərin formalaşdırılması, ixtisas artırma və yeni ixtisas alma, elmi nəticələrin kommersiyalaşdırılması və digər əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədilə yaradılmış "Virtual Layihə-Texnoloji Tədris Mərkəzi"ni (VLTTM) misal göstərmək olar. Mərkəzin texnoloji təminatı "HAAS Automation" şirkətinin SL-10 CNC+ markalı torna və VF-1 CNC+ markalı emal mərkəzi, proqram təminatı isə "R.&S. KELLERGmbH" şirkətinin SoftWare SYMplus proqram məhsulları əsasında fəaliyyət göstərir.

AzTU-nun professor-müəllim heyəti və tələbələri mərkəzdə istifadə edilən informasiya kommunikasiya texnologiyaları vasitəsilə hüquqi cəhətdən bir-birindən asılı olmayan müəssisələrin, o cümlədən də "HAAS Automation", "R.&S.Keller Gmbh", "Abplanalp Engineering AG" və digərləri mühəndis-texniki işçiləri və tələbələri ilə birlikdə virtual müəssisə təşkil edərək real vaxt rejimində və informasiya mübadiləsinin vahid standartları daxilində birgə layihələr həyata keçirmək imkanlarına malikdirlər.

Bunlar deməyə əsas verir ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində Prezident İlham Əliyev tərəfindən uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəli atılmış mühüm addımdır. Sənayeləşmə bir tərəfdən yeni texnoloji platformalar əsasında yaradılmış maşın və avadanlıqların, robotların və cevik istehsal sistemlərinin inkişafını tələb edirsə, digər tərəfdən yeni informasiya, lokalinteqral informasiya sistemlərinin, informasiya dillərinin və informasiya emalının proqram vasitələrinin yaradılması və fasiləsiz təkmilləşdirilməsini nəzərdə tutur.

 

 

 

Havar MƏMMƏDOV,

AzTU-nun rektoru, professor

Həsən HÜSEYNOV,

AzTU-nun kafedra müdiri, professor, əməkdar elm xadimi

Azərbaycan.-2014.- 15 fevral.- S.7.