Litva Respublikasının Prezidenti zati-aliləri xanım Dalya Qribauskayteyə

 

 

 

Hörmətli xanım Prezident!

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram. 

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 fevral 2014-cü il

Azərbaycan.-2014.- 16 fevral.- S.1.