"Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə  məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən   icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

¹ 39  Bakı şəhəri, 7 fevral 2014-cü il

 

 

 

 

 

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsviri" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin spesifikasiyası" təsdiq edilsin (3 nömrəli əlavə).

4. "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin nümunəsi" təsdiq edilsin (4 nömrəli əlavə).

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 7 fevral tarixli 39nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

1 nömrəli əlavə

 

 

 

 

 

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu

 

 Q A Y D A L A R I

 

 

 

1. Ümumi müddəa

 

 

 

1.1. Bu QaydalarAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqındaAzərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə ya vətəndaşlığı olmayan şəxslərə verilən icazəsi (bundan sonra icazəsi) blankının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən edir.

 

 

 

2. İş icazəsi blankının sifarişi alınması qaydası

 

 

 

2.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq, icazəsi blankının sifariş edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. İş icazəsi blankının hazırlanması ilə əlaqədar xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üzrə müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

 

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çap olunmuş icazəsi blankının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciətinə əsasən ona verilməsini təmin edir.

 

 

 

3. İş icazəsi blankının uçotunun aparılması

 

 

 

3.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş icazəsi blankları barədə hesabatı həmin Nazirliyə təqdim edir.

 

3.2. İş icazəsi blankının ciddi hesabat sənədi kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin anbarında saxlanılmaqla uçotu aparılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəhbərinin icazəsi ilə icazəsi blankı anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Maddi-məsul şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən müəyyən edilir.

 

3.3. İş icazəsi blankının ilkin uçotu qeydiyyat kitabında aparılır. İş icazəsi blankının qeydiyyat kitabının səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı sonuncu səhifə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbəri baş mühasibi tərəfindən imzalanaraq möhürlənməlidir. Qeydiyyat kitabı elektron üsulla (kompyuterlə) aparıldıqda, məlumatlar hesabat dövrünün sonunda (ay, rüb ya il) elektron formada işlənilir.

 

3.4. İş icazəsi blanklarının cırılmasına, ləkələnməsinə üzərində düzəlişlərin aparılmasına yol verilmir.

 

3.5. Zədələnmiş ya korlanmış icazəsi blanklarının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti yoxlama (təftiş) keçirilənədək üzərindəkorlanıbsözü yazılmaqla, mühasibatlıqda saxlanılması təmin edilir.

 

3.6. Zədələnmiş ya korlanmış icazəsi blankları məhv edilir.

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 7 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

2 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə ya vətəndaşlığı olmayan şəxslərə

 

verilən icazəsinin

 

 

 

T Ə S V İ R İ

 

 

 

1. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə ya vətəndaşlığı olmayan şəxslərə verilən icazəsi (bundan sonra icazəsi) açıq-göy rəngli olmaqla A4 formatdadır.

 

2. İş icazəsinin:

 

2.1. yuxarı orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsviri verilir gerbin təsvirindən aşağıda alt-alta “AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİQRASİYA XİDMƏTİ / STATE MIGRATION SERVICE OF THE REPUBLIC OF AZERBAIJAN”, “AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ HAQQI ÖDƏNİLƏN ƏMƏK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN ƏCNƏBİLƏRƏ VƏ YA VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ VERİLƏN İŞ İCAZƏSİ / WORK PERMIT ISSUED TO FOREIGNERS OR STATELESS PERSONS FOR CARRYING OUT PAID LABOUR ACTIVITY IN THE TERRITORY OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri yazılır;

 

2.2. orta hissəsində iki latın hərfindən ibarət olan seriya (İİ) yeddirəqəmli nömrə yazılır;

 

2.3. orta hissəsinin solunda aşağıya doğru ardıcıllıqlaİşə cəlb edilən əcnəbi  ya vətəndaşlığı olmayan şəxs/Employed foreigner or stateless person”, “Soyadı/Surname”, “Adı/Name”, “Doğum tarixi/Date of birth”, “Cinsi/SEX”, “Vətəndaşlığı/Citizenship”, “Sərhədkeçmə sənədinin seriyası nömrəsi/Series and number of border crossing document”, “Tutduğu vəzifə/Position”, “İş yerinin ünvanı/Working address”, “İşəgötürən/Employer”, “Hüquqi şəxsin, xarici hüquqi şəxsin filial nümayəndəliyinin/fiziki şəxsin adı / Name of juridical person, branch or representation of foreign juridical person/physical person”, “Fəaliyyət sahəsi/Activity area”, “VÖEN (qeyri-kommersiya hüquqi şəxsləri üçün qeydiyyat nömrəsi)/TIN (registration number for non-commercial juridical persons)”, “Ünvanı/Address” sözləri yazılır;

 

2.4. aşağı hissəsinin solunda möhür üçün yer nəzərdə tutulur ondan sağda aşağıya doğru ardıcıllıqlaVəzifəli şəxsin imzası/Signature of authorized person”, “Verildiyi tarix/Date of issue”, “Etibarlıdır/Valid until” sözləri yazılır.

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 7 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

3 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə ya vətəndaşlığı olmayan ºəxslərə verilən icazəsinin

 

 

 

SPESİFİKASİYASI

 

 

 

1. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən icazəsi (bundan sonra icazəsi) bir səhifədən ibarətdir. Kağızının tərkibi 100 faiz sellülozdan olan icazəsi çoxçalarlı intaqliometalloqrafik üsulla çap edilir. Kağız və istifadə olunan boya icazəsinin lazer printerində çap edilməsi üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.

 

2. İş icazəsinin üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri göstərilir.

 

3. İş icazəsinin səthi hamardır. Kağızın tərkibində görünən fluoressent liflər vardır. İş icazəsinin istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında gilyoş, mikro çap və qabarıq çap üsullarından istifadə edilir.

 

4. İş icazəsinin şəxsi məlumatlara aid hissəsi “göy qurşağı” çap üsulu ilə təsvir olunur. “İŞ İCAZƏSİ” və “WORK PERMIT” sözlərinin yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. İş icazəsinin üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. İş icazəsinin bir sıra elementləri infraqırmızı optik mürəkkəblə təsvir olunurqoruyucu əlamətlər icazəsinin üzərində proporsional şəkildə yerləşdirilir.

 

5. İş icazəsi üçün istifadə olunmuş kağız və boya ən azı 10 (on) il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.

 

Azərbaycan.-2014.- 19 fevral.- S.1.