Sabunçu: qədim rayonun yeni dövranı

 

Keçən il rayonda ümumi məhsul istehsalının həcmi 25 faizdən çox artmışdır

 

 

 

Əsası 1920-ci ildə qoyulmuş Sabunçu həm əhalisinin sayına, həm də iqtisadi potensialına görə paytaxtın iri rayonlarından biridir. Əsasən sənaye, xüsusən neft rayonu kimi tanınan bu inzibati əraziyə 10 qəsəbə daxildir. Təxminən 234 min nəfər əhalisi olan, eyni zamanda 21 min məcburi köçkünün məskunlaşdığı rayonda 45 idarə və müəssisə, 7 bank filialı və digər müxtəlif təyinatlı çoxsaylı təşkilatlar fəaliyyət göstərir.

Hələ keçmiş SSRİ dövründə öz sənaye potensialına görə fərqlənmiş bu rayon müstəqilliyin bərpasından sonrakı illərdə, xüsusən son 10 ildə çox böyük inkişaf yolu keçmişdir. Bu illər ərzində dəyişən təkcə rayonun adı (1958-ci ildən 1992-ci ilədək Leninin adını daşımışdır) olmamışdır. İndi rayonun təkcə inzibati mərkəzi sayılan Bakıxanov (keçmiş Razin) qəsəbəsinin yox, digər yaşayış məntəqələrinin də siması büsbütün dəyişmişdir. Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrası sayəsində rayonun əksər infrastrukturu yenilənmiş, yeri kimi sosial problemin həllində ciddi tədbirlər görülmüş, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı üçün layihələr həyata keçirilmişdir. Bir sözlə, Sabunçu bu gün paytaxtın bütün sahələr üzrə dinamik inkişaf edən rayonuna çevrilmişdir.

Elə rayonun ötən il üzrə sosial-iqtisadi yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş yığıncağında da məruzə və çıxışların əsas mövzusu bu olmuşdur. Hesabat məruzəsi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev öncə qeyd etdi ki, müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən sosial-iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin möhkəm təməli yaradılmış, hərtərəfli inkişaf yolu dönməz xarakter almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə yüksək sosial-iqtsiadi inkişafa nail olunduğunu, son 10 ildə ÜDM istehsalının 3, dövlət büdcəsi gəlirlərinin 16, strateji valyuta ehtiyatlarının 31, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcminin 18,4, orta aylıq əməkhaqqının 5,5, pensiyaların 9,3, əhalinin əmanətlərinin 27,2 dəfə artdığını xatırladan məruzəçi bu illər ərzində 1 milyon 200 mindən çox yeni yerinin açıldığını, yoxsulluğun səviyyəsinin 5,3 faizə endiyini və digər faktları yığıncaq iştirakçılarının diqqətinə çatdırdı: "ÜDM istehsalının həcminə görə bu gün Azərbaycan dünya ölkələri arasında 2003-cü ilə nisbətən 40 pillə irəliləyərək 66-cı yerə yüksəlmişdir. Dünyanın ən nüfuzlu iqtisadi toplantısı olan  Davos İqtisadi Forumu ölkələrin rəqabətqabiliyyətinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Əksər beynəlxalq maliyyə qurumları və institutları iqtisadi sahədə ölkəmizin uğurlarını yüksək qiymətləndirirlər". 2013-cü il dekabrın 17-də Bakıda XXI əsrin layihəsi adlandırılan "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasını xatırladan məruzəçi həmçinin keçən ilin daha bir uğurundan - Azərbaycan peyki "Azərspace-1"in orbitə buraxılmasından söz açdı.

A.Vəliyev daha sonra dedi: "Bildiyiniz kimi, 2013-cü ildə ölkəmizin ictimai-siyasi həyatında böyük önəm kəsb edən prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini real siyasətə və real işlərə vermişdir. Avropa Şurası, Avropa İttifaqı, ATƏT-in Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər qurumlar Azərbaycanda prezident seçkilərinin demokratik və şəffaf keçdiyini qeyd etmişlər". 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu il yanvarın 9-da keçirilmiş iclasında qarşıya qoyulan vəzifələrdən danışan A.Vəliyev ötən il Sabunçu rayonunun sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardan söz açdı. Bildirdi ki, 2013-cü ildə rayon müəssisələri tərəfindən istehsal edilmiş sənaye məhsullarının, yerinə yetirilmiş işlərin ümumi həcmi 396,5 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ildəkindən 80,3 milyon manatya 25,4 faiz çoxdur: "Ötən il əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 milyon, əsas kapitala yönəldilən investisiyaların həcmi 304,7 milyon, pərakəndə əmtəə dövriyyəsinin  həcmi 610,6 milyon manata çatmışdır. 2013-cü ildə rayon üzrə bir işçiyə düşən orta aylıq əməkhaqqı əvvəlki illərlə müqayisədə 6,7 faiz artaraq 432, sənaye sahəsində çalışanların əməkhaqqı isə 7,8 faiz çoxalaraq 560,4 manat olmuşdur".

Hesabat ili ərzində rayonda 2400-ə yaxın yeni yerinin açıldığını və onların da əksəriyyətinin daimi olduğunu diqqətə çəkən A.Vəliyev hazırda rayonun idarə və müəssisələrində çalışanların ümumi sayının 30 min 350 nəfərə çatdığını bildirdi..

RİH başçısı daha sonra qeyd etdi ki, Prezidentin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası başa çatmışdır: "Bu dövlət proqramı çərçivəsində Sabunçu rayonu ərazisində çox mühüm iştisadisosial əhəmiyyətə malik obyektlər tikilmiş, yollar salınmış, əhalinin elektrik enerjisi, qaz, suistilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür". Həmin işlər sırasında məruzəçi 3 min şagirdlik məktəbin və 5 tədris korpusunun, uşaq bağçası və səhiyyə müssisəsinin tikildiyini, eləcə də 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə ocağında əsaslı təmir işlərinin aparıldığını qeyd etdi. Məruzəçi  həmçinin bildirdi ki, hesabat ili ərzində Bilgəh müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmiri başa çatdırılmışdır: "Hazırda yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin, uşaq bağçasının, Muğam və Gənclər  evlərinin tikintisi aparılır".

Rayonda mərkəzi dövlət orqanlarının və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların inşa olunduğunu və təmir-bərpa işlərinin aparıldığından söz açan məruzəçi dedi: "2013-cü il dekabr ayının 14-də  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra dövlət başçısının iştirakı ilə istifadəyə verilmişdir. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 nömrəli məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir məktəb binası tikilmişdir. Bu məktəbin açılışında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak etmişdir. Hazırda Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsindəki 226 nömrəli uşaq bağçası üçün üçmərtəbəli yeni bina inşa olunuronun tikintisi başa çatmaq üzrədir". Yeni tikililərdən danışarkən məruzəçi bildirdi ki, gələn ay rayonda fəaliyyətə başlayacaq "ASAN xidmət"in Bakıxanov qəsəbəsində inşa edilmiş binası artıq istismara hazırdır.      

A.Vəliyev məruzəsində daha bir fakta diqqət çəkdi: "Prezidentin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən, Sabunçu rayonunun Zabrat, NardaranMaştağa qəsəbələrindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına RİH-in sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min, Nardaranda 13,5 min, Maştağada 17,5 min kvadratmetr yol tikintisiasfalt örtüklərinin vurulması başa çatmışdır. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kvadratmetrə yaxın yolda təmir işləri aparılmışdır. Ümumiyyətlə, bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarına il ərzində 380 min kvadratmetrdən çox asfalt döşənmiş, ətraf sahələr abadlaşdırılmışdır". Məruzəçi daha sonra qeyd etdi ki, Bakıxanov qəsəbəsindəki mərkəzi küçələrin birində genişləndirmə işləri aparılmış, oradakı kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, yüksək gərginlikli hava xətti yerin altı ilə çəkilmiş, küçədə müasir işıqlandırma sistemi qurulmuşdur. "Sabunçu qəsəbəsindəki Elşən Mehdiyev küçəsi boyu Bakıxanov körpüsünə qədər olan yolun hər iki tərəfində hasar və tikililər aqlay daşlarla üzlənmiş, ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılmışdır. Bundan başqa, dəmir yolu vağzalı ətrafında ötən əsrin 80-90-cı illərində plansız inşa edilmiş onlarca ticarət, ictimai iaşə və obyekt sahiblərinə kompensasiya ödənilərək orada müasir tələblərə cavab verən yeni ticarət mərkəzinin tikintisi üçün hazırlıq işlərinə başlanmışdır. Həmçinin Bakıxanov qəsəbəsinin bir sıra küçələrindlə aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tikinti norma və qaydalarına cavab verməyən çoxsaylı obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülmüş, xüsusi layihələr əsasında yaşayış binalarının fasadları aqlayla üzlənmiş, bir çox qapı və pəncərələr dəyişdirilmiş, yastı dam örtükləri çardaqlı metal örtüklərlə əvəzlənmişdir. Artıq bu binaların 28-də üzlənmə, 24-də dam örtüyünün qurulması işləri yekunlaşmışdır. 10-da isə işlər tamamlanmaq üzrədir.

Rayonun köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparıldığını, çirkli gölməçələrin doldurulduğunu deyən A.Vəliyev bildirdi ki, Yeni RamanaSabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək oradakı zərərli tullantılar təmizlənmiş, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınmışdır. Həmin istiqamətdə Yeni Ramanadan keçən yolun hər iki tərəfində geniş abadlıq və təmir işlərinin aparıldığını, asfalt örtüyünün salınmasını diqqətə çəkən A.Vəliyev daha sonra dedi: "Sanitar-təmizlik və abadlıq işlərinin intensiv və keyfiyyətlə aparılmasında rayon Kommunal Təsərrüfatı İdarəsinə əlavə maşın və mexanizmlərin verilməsinin böyük rolu olmuşdur. Keçən il idarəyə 7 maşın-mexanizm, 750 əlavə konteyner (onların ümumi sayı 1260-dan çoxdur) verilmişdir. Bunlardan əlavə görülmüş tədbirlər sayəsində məişət tullantıları üçün nəzərdə tutulan 38 meydança təmir edilmiş, 53 yerdə yeni meydança salınmış və onların əksəriyyəti konteynerlərlə təmin olunmuşdur".      

Rayonda digər tədbirlərin də həyata keçirildiyini deyən məruzəçi dedi ki, indiyədək bir sıra daxili və mərkəzi yolların kənarlarında 8500 kvadratmetrə yaxın sahəyə həmişəyaşıl örtük, 3 minə yaxın müxtəlif növ ağackol əkilmiş, Zabrat-Maştağa, Zabrat-Pirşağı yollarının istifadəyə verilməsi ilə bağlı həmin ərazilərdə böyük həcmli abadlıq işləri aparılmışdır. A.Vəliyev belə işlərin cari ildə də davam edəcəyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır: "Ümumiyyətlə, 2014-cü ilin sonuna kimi bir sıra mərkəzi küçələrin, yolların genişləndirilməsi, yeni səkilərin salınması, yaşayış binalarının aqlayla üzlənməsi, dam örtüklərinin, qapı və pəncərələrin dəyişdirilməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması, habelə digər abadlıq işlərinin aparılması nəticəsində Bakıxanov qəsəbəsinin siması əsaslı surətdə dəyişəcək.

"2004-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ndan söz açan A.Vəliyev dedi: "Sayca üçüncü olan bu dövlət proqramında da təkliflərimiz əsasında rayonumuz üzrə bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, onların da icrası nəticəsində əksər məsələlər öz həllini tapacaq.

A.Vəliyev daha sonra rayonda hərbi vətənpərvərlik və təlim-tərbiyə işlərindən söz açdı. Bildirdi ki, rayon gəncləri ordu sıralarına böyük həvəslə gedirlər. Təhsil sahəsində də yüksək göstəricilər əldə edilmiş, məktəblərin maddi-texniki bazası yaxşılaşdırılmışdır. 2012-2013-cü tədris ilində rayon üzrə ümumtəhsil məktəblərini bitirən 2298 nəfər məzundan 1043 nəfəri ali məktəblərə daxil olmuşdur ki, bu da əvvəlki tədris ilindən çoxdur. Ali məktəblərə qəbul olunanların 61 nəfəri 600-dən, 210 nəfəri isə 500-dən yuxarı bal toplamışdı".

Rayon icra hakimiyyətinin il ərzindəki fəaliyyəti ilə bağlı A.Vəliyev qeyd etdi ki, RİH rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini təmin etmək, onların rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın və sosial sahələrin hərtərəfli inkişafına çalışmışdır. İl ərzində rayon icra hakimiyyətinə 5395 ərizə, 2533 məktub daxil olmuşdur: "RİH başçısı tərəfindən icra hakimiyyətində 181 nəfər qəbul edilmiş, keçirilən 43 səyyar görüşlərdə 10500-ə yaxın sakin iştirak etmiş, həmin görüşlərdə 241 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, ərizəçilərə yazılı və şifahi məlumatlar verilmişdir. Ümumiyyətlə, rayon icra hakimiyyəti qarşısında qaldırılan məsələlərin 222-si öz həllini tapmışdır. Eyni zamanda ötən il edilmiş müraciətlər əsasında vətəndaşlara həm RİH, həm də qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən maddi yardımlar olunmuş, ehtiyacı olanların evlərinin təmiri və bir sıra avadanlıqların alınması üçün 255 min manatdan çox maddi yardım göstərilmişdir". Rayon ərazisində məskunlaşmış 2100 məcburi köçkün ailəsinin vəziyyətindən danışan A.Vəliyev söylədi ki, onların qayğı və problemləri həmişə rayon icra hakimiyyətinin diqqət mərkəzindədir. Təkcə 2013-2014-cü tədris ilinin başlanması ilə bağlı şəhid, köçkün və digər aztəminatlı ailələrin uşaqlarına 100 dəst məktəbli forması paylanmışdır.

Məruzəsinin sonunda A.Vəliyev əminliklə bildirdi ki, qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması, əhalinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla bərabər, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, 2014-cü ilPrezident İlham Əliyev tərəfindən həyata keçirilən milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən biri olacaq.

Sonra Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, "Şirin" MMC-nin direktor müavini Yalzın Rəhimov, Rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, Bakıxanov bələdiyyəsinin sədri Nadir Əsədov və başqaları məruzə ətrafında çıxış etmişlər.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2014.- 19 fevral.- S.4.