Bolqarıstanın Baş naziri ümummilli lider Heydər Əliyevin

 məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

 

Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin

 Azərbaycan Respublikasına rəsmi səfəri

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 20-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

 

Azərbaycan.-2014.- 21 fevral.- S.2.