Qazaxıstan Parlamenti Məclisinin sədri Bakı

Dövlət Universitetində olmuşdur

 

Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin fevralın 20-də Bakı Dövlət Universitetinin kollektivi ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bu ali təhsil ocağının yaranma tarixi, strukturu, fəaliyyəti haqqında məlumat vermişdir. Bildirilmişdir ki, universitetin nəzdində qazax dili, tarixi mədəniyyəti mərkəzi fəaliyyət göstərir.

Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Abel Məhərrəmov demişdir ki, ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətləri əlaqələrimizin inkişafında mühüm rol oynamışdır. Hazırda bu əlaqələrin daha da genişlənməsində dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətlərinin önəmi xüsusi vurğulanmışdır.

Rektor Bakı Dövlət Universiteti ilə Qazaxıstan Universiteti arasında əməkdaşlıqdan da danışmışdır.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin bu qocaman ali təhsil ocağının kollektivi ilə görüşməkdən məmnunluğunu bildirmişdir. Qonaq Qazaxıstanın xarici siyasətindən, iqtisadiyyatından danışmış, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. Nurlan Niqmatulin, həmçinin vurğulamışdır ki, Azərbaycan Qazaxıstan beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir.

Sonda Qazaxıstan Parlamenti Məclisinin sədrinə xatirə hədiyyəsi təqdim olunmuşdur.

 

Azərbaycan.-2014.- 21 fevral.- S.3.