ABŞ-ın Arkanzas ştatının Senatında Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən qətnamə yekdilliklə qəbul edilmişdir

 

Fevralın 20-də ABŞ-ın Arkanzas ştatının Senatında Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüonun ABŞ ilə strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran qətnamə yekdilliklə qəbul edilmişdir.

Qətnamədə ABŞ tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi, ölkəmizin Birləşmiş Ştatların regionda mühüm strateji tərəfdaşı olduğu vurğulanır. Sənəddə enerji təhlükəsizliyi, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahələrində Azərbaycan ilə ABŞ arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilmişdir. Həmçinin Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlarregionda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft,qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı layihələrin həyata keçirilməsində ölkəmizin aparıcı rolu qeyd edilmişdir.

Eyni zamanda, qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər vurmasına imkan verilməməsinin vacibliyi qeyd olunmuş, NATO, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanmışdır.

Qeyd edək ki, 2013-cü ildə Arkanzas ştatının qanunverici orqanının hər iki palatası Xocalı qətliamının 21-ci ildönümü ilə əlaqədar qətnamələr qəbul etmişdir.

 

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2014.- 22 fevral.- S.1.