Vergilər naziri Mingəçevir şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə köməklik göstərirlər.

Növbəti belə qəbul fevralın 21-də Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində keçirilmişdir.

Qəbulda Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov Mingəçevir şəhərindən, YevlaxGoranboy rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləmiş, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Qəbula gələn vətəndaşların əsas müraciətləri vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi ödəyicilərinə  göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.

Ümumilikdə 50-yə yaxın vətəndaşın iştirak etdiyi qəbulda qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, qalanları nəzarətə götürülmüş, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 fevral.- S.9.