Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx

Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha

 

Əlahəzrət!

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Küveyt əlaqələrinin, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 fevral 2014-cü il

Azərbaycan.-2014.- 25 fevral.- S.1.