«ADA» Universiteti ilə İqtisadiyyat və Sənaye Nazirliyi

 arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

 

"ADA" Universiteti ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sənədi xarici işlər nazirinin müavini, "ADA" Universitetinin rektoru Hafiz Paşayev və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzalamışlar.

Memorandumda "ADA" Universiteti ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında bir sıra istiqamətlər üzrə əməkdaşlıq məsələləri əksini tapmışdır. Belə ki, "ADA" Universitetində yaradılacaq İnnovasiya Laboratoriyası və İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq strukturları kiçikorta sahibkarlığın inkişafını dəstəkləyəcək biznes inkubatorunun formalaşdırılması üçün təcrübə mübadiləsi aparacaqnazirliyin biznes inkubatorları ilə qarşılıqlı əməkdaşlıq həyata keçiriləcəkdir. Sənədə uyğun olaraq, tərəflər Sumqayıt Kimya Sənaye Parkının, digər potensial iqtisadi zonaların marketinqbrendinq strategiyalarının, habelə ölkənin qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb olunması konsepsiyasının hazırlanmasında, eyni zamanda, "ADA" Universitetinin Biznes İnstitutu (School of Business) və nazirliyin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar üçün təlimlərin keçirilməsi, təlim strategiyasının təkmilləşdirilməsi, tələbələr arasında innovasiya müsabiqələrinin təşkili istiqamətində əməkdaşlıq edəcəklər.

Memorandumda həmçinin nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və "ADA" Universiteti tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətinin dəstəkləməsi, birgə elmi-praktik konfransların, biznes forumların və digər müştərək tədbirlərin keçirilməsi, elmi-tədqiqatların aparılması nəzərdə tutulur.

 

Azərbaycan.-2014.- 25 fevral.- S.3.