«Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqi

 siyasi təhlil» mövzusunda Beynəlxalq «dəyirmi masa»

 

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin İnsan hüquqları kafedrasının ilk layihəsi olan "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: hüquqisiyasi təhlil" mövzusunda Beynəlxalq "dəyirmi masa" keçirilmişdir.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi nəşrlər siyahısına daxil olan "Beynəlxalq hüquqinteqrasiya problemləri" adlı elmi-analitikpraktiki jurnalın Xocalı soyqırımına həsr edilmiş xüsusi buraxılışının təqdimatı olmuşdur.

Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Rəbiyyət AslanovaBDU-nun rektoru akademik Abel Məhərrəmov çıxış edərək Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş bu tədbirin faciənin elmi müstəvidə təhlili baxımından əhəmiyyətini vurğulamışlar. Natiqlər Xocalı faciəsinin dəhşətlərindən, Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrindən danışmışlar. Faciənin dəhşətli nəticələrinin bütün dünyaya çatdırılması istiqamətində işlərin görüldüyü vurğulanaraq beynəlxalq hüquq müstəvisində bu soyqırıma verilmiş hüquqi-siyasi qiymət təhlil edilmişdir.

Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur birləşmələri Xocalıda etnik təmizləmə və soyqırımı siyasəti törətmişdir. Soyqırımı nəticəsində yeddi min nəfərədək əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilmiş, 613 nəfər amansızcasına qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 8 ailə yer üzündən silinmişdir.

Erməni quldur dəstələrinin Xocalıda həyata keçirdikləri qətliamın bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayət olduğu bildirilmişdir. Bu amansız soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində mühüm işlər görmüşdür.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı Xocalı faciəsinə verilmiş ilk hüquqi-siyasi qiymət idi.

Həmçinin Prezident İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasət, Heydər Əliyev Fondunun soyqırımı həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətindəki xidmətləri qeyd edilmişdir. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər xüsusi qiymətləndirilmişdir.

BDU-nun hüquq fakültəsinin dekanı professor Əmir Əliyev, Polşanın Krakov Universitetinin professoru Aleksandr Merejko və digər çıxış edənlər faciənin baş verdiyi tarixi dövronun səbəbləri haqqında məlumat vermişlər. Bildirilmişdir ki, bu gün Xocalı soyqırımının dünyaya çatdırılması, dünya ictimaiyyətinin bu faciəni tanıması istiqamətində beynəlxalq hüquq normaları çərçivəsində xeyli işlər aparılır. Azərbaycan xalqının ermənilərin törətdikləri vəhşilikləri heç vaxt unutmamasının vacibliyi vurğulanaraq bildirilmişdir ki, bu həqiqətləri dünyaya çatdırmaq, beynəlxalq müstəvidə tanınmasına nail olmaq hamının borcudur.

Tədbirdə həmçinin "Beynəlxalq hüquq və inteqrasiya problemləri" adlı elmi-analitik və praktiki jurnalı barədə məlumat verilərək bildirilmişdir ki, jurnalda 30-a yaxın yerli və xarici mütəxəssisin Xocalı faciəsinin qlobal müstəvidə təhlili ilə bağlı məqalələri yer almışdır. Jurnaldakı məqalələrin beynəlxalq auditoriya üçün də nəzərdə tutulduğu qeyd edilmişdir.

 

Azərbaycan.-2014.- 25 fevral.- S.5.