Avropa Şurasının «Terrorçuluğun qarşısının alınması

 haqqında» Konvensiyasının təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyası Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2014-cü il

Azərbaycan.-2014.- 26 fevral.- S.3.