Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə çıxış etmişdir.

 

 

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı

 

 

 

- Bu gün biz Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyəti müzakirə edəcəyik. Ümidvaram ki, iclasımız səmərəli keçəcək və bu sahədə olan problemlərin həllinə müsbət təsir göstərəcəkdir.

Son illər ölkəmizdə baş verən sürətli iqtisadi yüksəliş həyatımızın bütün sahələrində özünü büruzə verir. Təhsil Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir sahədir. Təbiidir ki, bu sahəyə göstərilən diqqət ildən-ilə artır və artmalıdır. Dövlət qurumları tərəfindən atılan addımlar, təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin bir neçə dəfə artırılması, respublika üzrə məktəb tikintisi və məktəblərin əsaslı təmiri, ən müasir avadanlıqla təmin olunması, hər bir məktəbdə kompyuter sinfinin yaradılması bunun sübutudur.

Son on il ərzində Azərbaycanda 2700 yeni məktəb binası inşa olunubyaxud əsaslı təmir edilib. Görülən işlər nəticəsində respublika üzrə bir milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşıb və ümumiyyətlə, orta məktəb təhsilinin maddi-texniki səviyyəsi müasir tələblərə cavab verir.

Bildiyiniz kimi, 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinə start verildibu layihə çox uğurla icra olundu. Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, adamları bu proqramı dəstəkləməyə başladılar.

Bu gün ölkəmizdə sahibkarlıq çox sürətlə inkişaf edir. Dövlət biznes strukturlarına həm siyasi, həm maliyyə dəstəyi göstərir. Azərbaycan şirkətləri böyük infrastruktur layihələrinin icrasına cəlb olunur. Son on il ərzində dövlət tərəfindən sahibkarlara bir milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Növbəti beş ildə güzəştli şərtlərlə bir milyard yarım manatadək kredit verilməsi gözlənilir. Belə olan halda, əlbəttə, biznes strukturlarının sosial məsuliyyəti artmalıdır.

Mən hesab edirəm ki, ölkəmizdə hər bir adamı mövcud sosial problemlərin həllində iştirak etməyə çalışmalıdır. Məktəb tikintisində bu müsbət meyillər özünü çox açıq göstərdi və biznes strukturları ilə, özəl sektorla Heydər Əliyev Fondunun birgə səyləri  nəticəsində qısa bir zamanda Azərbaycanda 412 yeni məktəb binası inşa olundu. Hər bir yeni məktəbdə idman meydançası yaradıldı, kompyuter sinifləri açıldı, üzgüçülük hovuzu da tikildi. Hər bir belə məktəb ən müasir avadanlıqla, müxtəlif dərsliklərlə və ədəbiyyatla təmin edildi.

Azərbaycan dövləti öz növbəsində məktəb tikintisini dəstəklədi və beləliklə, qeyd etdiyim kimi, son 10 ildə Azərbaycanda 2 min 700 yeni məktəb binası tikildiya təmir olundu. Yararsız vəziyyətdə olan bütün məktəblər üçüncü regional İnkişaf Proqramı çərçivəsində təmir ediləcəkdir. Artıq ölkəmizdə köhnə, təmirsiz, təhsil almaq üçün normal şəraiti olmayan məktəb qalmayacaqdır.

O vaxt Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsinə start verdi. Bu layihə çərçivəsində ölkəmizdə 32 uşaq eviinternat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edildi. Biz bu layihənin də icrasında ölkəmizdəki özəl sektor ilə çox gözəl işbirliyi yaratmışdıq.

Heydər Əliyev Fondu bu gün öz təcrübəsinə əsaslanaraq yeni böyük bir layihəyə - Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verir. Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar, demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq.

Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artmışdır. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni yeri açılmışdır və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir. Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılmışdır. Qeyd etməliyəm ki, ilkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılmışdır. Gələcəkdə həmin respublika üzrə də aparılacaqdır. Bir qədər sonra Heydər Əliyev Fondunun eksperti monitorinqin nəticələrini sizin diqqətinizə çatdıracaqdır.

Zənnimcə, gələcək fəaliyyətimiz bir neçə istiqamət üzrə qurulmalıdır. Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır.

Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar vardır. Eyni zamanda, yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin. Təmirlə bağlı, dediyim kimi, bu bağçaların əksəriyyəti keçən əsrin təxminən 30-40-50-ci illərində inşa olunmuşdur. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir. Heydər Əliyev Fondu artıq bir neçə ildir bağça problemi ilə məşğul olur. Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Biz belə hallarla tez-tez üzləşirik. Bəzi hallarda yeni bağçanın tikintisi təmirdən daha sərfəlidir.

Azərbaycanda özəl bağçalar mövcuddur. Onların sayının artırılması da dəstəklənməlidir. Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil edilməlidir. Uşaqların sağlamlığı çox vacib məsələdir. Bu bağçalarda uşaqları ən keyfiyyətli yeməklə təmin etmək lazımdır. Tibbi xidmət də ən yüksək səviyyədə olmalıdır.

Bir məsələni xüsusi qeyd etmək istərdim. Bizim monitorinqimiz göstərdi ki, bu gün Bakıda 124 uşaq bağçasında məcburi köçkünlər yerləşiblər. Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təhsil sisteminə də böyük zərbə vurub. Qaçqın və məcburi köçkün ailələrində böyüyən uşaqların təhsil məsələləri daim dövlətin, həmçinin Heydər Əliyev Fondunun diqqət mərkəzində olub. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz bu sahədə nadir təcrübə əldə etmişik. Çünki işğala məruz qalan torpaqlarda işğaldan əvvəl mövcud olan bütün təhsil infrastrukturu qorunub saxlanılıb. Bu, özlüyündə çox nadir bir təcrübədir. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması Dövlət Proqramı uğurla icra edilir. Təkcə son il ərzində 28 min məcburi köçkün yeni evlərə köçürülmüşdür. Bu qəbildən olan ailələr üçün yeni evlər, mənzillər inşa olunur. Mən ümidvaram ki, bizim bu təşəbbüsümüz məcburi köçkünlərin uşaq bağçalarından yeni evlərə köçürülməsi prosesinə də müsbət təsir göstərəcəkdir.

Beləliklə, bu gün məktəbəqədər təhsil ocaqlarının inkişafı ilə bağlı böyük layihəyə start verilir. Ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən icra edilən digər layihələr kimi, bu layihə də uğurlu olacaq, ölkəmizdə sosial problemlərin həllinə öz köməyini göstərəcəkdir.

 

*  *  *

 

Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim olundu.

Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun prezidentinin tapşırığına əsasən, Bakı şəhəri üzrə mövcud məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti və bu sahəyə olan tələbatın öyrənilməsi məqsədi ilə Fondda işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində monitorinq aparılmışdır. Monitorinq zamanı müəssisələrə fərdi baxış keçirilmiş, zəruri məlumatlar toplanılmış və fotoşəkillər çəkilmişdir. Həmçinin Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərinin rayon icra hakimiyyətləri, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunmuş məlumatlardan istifadə edilməklə təhlil aparılmış, məktəbəqədər təhsil müəssisələrinin yerləşmə xəritəsi və elektron məlumat bazası hazırlanmışdır.

Sonra elektron xəritə əsasında hazırlanmış məlumat bazası təqdim edilmişdir.

Bildirilmişdir ki, monitorinq zamanı Bakı şəhərində 411 məktəbəqədər təhsil müəssisəsinin olduğu müəyyən edilmişdir. Onlardan 345-i dövlət, 54-ü özəl, 12-si isə müxtəlif müəssisə və təşkilatların tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələridir. Müəyyən edilmişdir ki, Bakı şəhəri üzrə mövcud dövlət məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmir olunmasına ehtiyac vardır. O cümlədən bu müəssisələrdən 11-i qəzalı və ya istismara tam yarasız vəziyyətdə olduğu üçün müvafiq dövlət qurumları tərəfindən fəaliyyəti dayandırılmışdır. Hazırda 33 uşaq bağçası təmir olunmaqdadır. Məlumat bazası Bakı şəhərindəki bütün məktəbəqədər təhsil müəssisələrini əhatə edir. İstifadə üçün müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarlara təqdim oluna bilər.

 

Azərbaycan.-2013.- 28 fevral.- S.2.