Ağstafa rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncami
Ağstafa
rayonunda son illərdə tarixi abidələrin bərpası və
qorunması, yeni mədəniyyət obyektlərinin tikintisi sahəsində
bir sıra mühüm tədbirlər həyata
keçirilmiş, o cümlədən Keşikçidağ
Dövlət tarixi mədəniyyət qoruğu
yaradılmış, Gənclər Mərkəzi, Kitab Abidə
Kompleksi, Yazıçılar evi inşa edilmiş, Səməd
Vurğun, Tarixi və müasir abidələr parkları
salınmışdır.
Bu
istiqamətdə aparılan işlərin davam etdirilməsinin
vacibliyini nəzərə alaraq, 1940-cı ildə şəhər
1 saylı məktəbin yardımçı binası kimi
inşa edilmiş tikilidə fəaliyyət göstərən
200 şagird yerlik Uşaq Musiqi Məktəbinin yeni
binasının tikintisi və 1950-ci ildə istifadəyə
verilmiş 250 tamaşaçı yerlik rayon Mədəniyyət
evinin əsaslı təmiri məqsədi ilə Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin
yeni binasının tikintisi və rayon Mədəniyyət
evinin əsaslı təmiri məqsədi ilə Ağstafa
Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 30 iyun 2014-cü il
Azərbaycan.-2014.- 1 iyul.- S.1.