Azərbaycanın antikorrupsiya fəaliyyəti yüksək qiymətləndirilir

 

Ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlarmilli təcrübələr” mövzusunda Bakıda keçirilən yüksək səviyyəli Beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası (AŞ) İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması baxımından konfransın əhəmiyyətini vurğulamış, AŞ-nın ölkəmiz üçün 2014-2016-cı illər üzrə qəbul olunmuş Fəaliyyət Planının hazırlanmasında F.Buayanın xidmətlərini qeyd etmişdir.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarından, ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, bu sahədə infrastrukturun müasirləşdirilməsi, məhkumların tibbi təminatının xeyli yaxşılaşdırılması üzrə görülən işlərdən danışmış, həyata keçirilən tədbirlərin korrupsiya ilə mübarizədə mühüm rolunu qeyd etmişdir.

Avropa Şurasının ölkəmiz ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən qonaq korrupsiya ilə mübarizədə Azərbaycan dövlətinin siyasi iradəsini, xüsusilə Prezident İlham Əliyevin bu günlərdə Avropa Şurası Parlament Assambleyasındakı bu sosial bəla ilə mübarizənin dövlətimizin əsas prioritet təşkil etməsi ilə bağlı bəyanatını yüksək qiymətləndirmiş, bu sahədə hakimlərin, prokurorların, hüquq mühafizə orqanları işçilərinin tədrisinin əhəmiyyətini qeyd etmişdir.

F.Buaya, həmçinin ölkəmizdə şəffaflığın artırılmasına yönələn tədbirləri, o cümlədən “İctimai iştirakçılıq haqqında” Qanunun qəbul olunmasını, vətəndaş cəmiyyətinin inkişafını, elektron xidmətlərin tətbiqini maraqla qarşılamış, məhkumların saxlanma şəraitinin müasirləşdirilməsini, onlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üzrə qazanılmış nailiyyətləri təqdir etmişdir.

Görüşdə digər maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Konfrans çərçivəsində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti, nazir F.Məmmədov, həmçinin Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı katibi, IAACA-nın İcraiyyə Komitəsinin üzvü Martin Kreutner ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Antikorrupsiya Akademiyası arasında əməkdaşlığın inkişafı vurğulanmış, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən biri kimi bəyan edilməsi, bu sahədə dövlətimizin səyləri qeyd edilmişdir.

M.Kreutner Beynəlxalq Antikorrupsiya Akademiyasının üzv dövlətlərinin assambleyasının III sessiyasının bu ilin payızında Bakıda keçiriləcəyini qeyd edərək ölkəmizin bu işdə dəstəyini yüksək qiymətləndirmişdir.

Konfransda Türkiyə, Xorvatiya, BosniyaHerseqovina, Albaniya, Çex Respublikası, Slovakiyabaşqa dövlətlərin ədliyyə nazirləri, baş prokurorları və digər hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair danışıqlar aparılmışdır.

 

Azərbaycan.-2014.- 2 iyul.- S.6.