Azərbaycan ilə Avropa Şurası arasında

 hüquqi sahədə əlaqələr yüksək səviyyədədir

 

 

Bakıda “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlarmilli təcrübələr” mövzusunda keçirilən yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində iyulun 1-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Avropa Şurası Ümumi İnsan Hüquqları və Hüquq Qaydaları Baş İdarəsinin rəisi Filip Boya ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Avropa Şurası arasında hüquqi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 2 iyul.- S.8.