Belarus Respublikasının Prezidenti

 zati-aliləri cənab Aleksandr Lukaşenkoya

 

Hörmətli Aleksandr Qriqoryeviç!

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizibütün Belarus xalqını ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün dost Belarus dövlətçiliyin və qanunçuluğun möhkəmlənməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir.

Azərbaycan ilə Belarusu hazırda strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə qarşılıqlı dəstək və qarşılıqlı anlaşma bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı, 30 iyun 2014-cü il

Azərbaycan.-2014.- 3 iyul.- S.1.