Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi” layihəsinə start verilmişdir

 

İyulun 3-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qaradağ rayon gənclərinin liderlik bacarıqlarının və könüllülük fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi ilə bağlı tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək əklil və tər gül dəstələri qoymuşlar.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə diqqət və qayğı göstərdiyini söyləmişdir. O bildirmişdir ki, Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi məqsədilə siyasi, sosial-iqtisadihüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmalarına və ictimai-siyasi fəallıqlarının artmasına kömək etmişdir. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Bu gün Azərbaycanda gənclər siyasəti uğurlu şəkildə həyata keçirilir. İstedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət yetirilir.

T. İsmayılova həyata keçirilən layihənin əsas məqsədinin gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəaliyyətə cəlb olunmalarının və qərarvermə proseslərində fəal iştiraklarının stimullaşdırılması, öz hüquqları haqqında biliklərinin artırılması, fəal mövqe bildirmə bacarıqlarının üzə çıxarılması və gənclər arasında əməkdaşlıq şəbəkəsinin yaradılması kimi nailiyyətlərin əldə edilməsindən ibarət olduğunu söyləmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə sektorunun müdiri Vüsal Quliyev xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının ilk dövrlərindən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab etdiyini söyləmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. Bu gün Azərbaycan gəncləri öz potensialına, intellektinə görə heç də digər ölkələrin gənclərindən geridə qalmırlar, əksinə, irəlidədirlər. Hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən ölkəsinə nümunə ola bilər. Azərbaycanda Gənclər Fondu yaradılmışdır, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil almaları üçün dövlət proqramı həyata keçirilir. Azərbaycan gəncləri müxtəlif bilikidman yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında gənclərimiz Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu demişdir. Qeyd etmişdir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir.

Digər çıxış edənlər də əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyi fikrini səsləndirmişlər. Bildirmişlər ki, sürətlə inkişaf edən ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclərə dövlət qayğısı, qəbul olunmuş dövlət proqramlarının icrası, bu istiqamətdə imzalanmış fərman və sərəncamların uğurlu icrası sayəsində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilir. Onlar dövlətdən hərtərəfli dəstək alaraq gənclərin intellektualfiziki inkişafına, ictimai fəallığının və təşəbbüskarlığının artırılmasına yönəlmiş layihələr həyata keçirirlər. Bu kimi tədbirlərin keçirilməsi gənclərin özlərini təsdiq etmələri üçün əlverişli şəraitin yaradılması, onların daha da təşkilatlanmaları, çevikdüzgün qərarlar qəbul etmələri baxımından böyük imkanlar yaradır.

Layihə bir ay davam edəcək və gənclərə liderlik bacarıqlarının öyrədilməsində mühüm rol oynayacaqdır.

 

Azərbaycan.-2014.- 4 iyul.- S.5.