Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il  11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 193                                                               Bakı şəhəri, 12 iyun 2014-cü il

 

 

Daşınmaz əmlakın dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi Daşınmaz əmlakın dövlət reyestri haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin  2014-cü il 3 fevral tarixli 101 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə 782,

¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr 1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495,

¹ 7, maddə 777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə 578; 2014, ¹ 1, maddə 74; Azərbaycan Respublikası Nazirlər Kabinetinin   2014-cü il 5 may tarixli 123 nömrəli 23 may tarixli 165 nömrəli qərarları) ilə təsdiq edilmişAzərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 48-ci hissə aşağıdakı redaksiyada verilsin:

 “48. Daşınmaz əmlak obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışıElektron notariatinformasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir.

Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış mülkiyyətçi ya onun nümayəndəsi tərəfindən təqdim edilir.

Avtonəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi ya girov qoyulmasına dair müqavilələr isə onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.

Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun əldə edənin razılığı olduqda təsdiq edilir.”.

2. 107-ci hissə aşağıdakı redaksiyada verilsin:

“107. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir.

Notarius hüquq sahibinin əmlakına qanun ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışıElektron notariatinformasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir.

Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə ya onun nümayəndəsi tərəfindən təqdim edilir.

Kredit alınması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqlar məhdudlaşdırıldıqda kreditor barədə məlumat, daşınmaz əmlakın təsviri bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışa əsasən məlum olduqda, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik şəhadətnaməsi verilmişdir.

Əmlak üzərində məhkəmə ya istintaq orqanları tərəfindən həbs qoyulmuşdursa, vərəsəlik şəhadətnaməsinin verilməsi həbs götürülənədək dayandırılır.”.

 

Yaqub Eyyubov,

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini

Azərbaycan.-2014.- 5 iyul.- S.1.