“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”

 mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Palanına əsasən iyulun 4-də “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfransın açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə konfrans iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Nuhun yurdu Naxçıvan” sənədli filminə baxmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın 90 illiyi münasibəti ilə beynəlxalq konfransın öz işinə başladığını bildirərək demişdir: Konfransda Azərbaycanın görkəmli alim və tədqiqatçılarının, Türkiyə Respublikasından, Rusiya Federasiyasından və Amerika Birləşmiş Ştatlarından elmi tədqiqat və ali təhsil nümayəndələrinin, mütəxəssislərin iştirakı deməyə əsas verir ki, elmi forum səmərəli keçəcəkdir. 2014-cü il Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ilielan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi Azərbaycanda və ondan kənarda geniş şəkildə qeyd edilir. Yubiley münasibətilə Bakıda və Naxçıvan şəhərində, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, Polşa Respublikasının Krakov şəhərində tədbirlər keçirilmiş, dünyanın aparıcı mətbuat orqanlarında Naxçıvana həsr olunmuş məqalələr dərc edilmiş, muxtar respublikanın inkişafının son 90 ilini əhatə edən elmi tədqiqat materialları və kitablar çap olunmuşdur.

Ali Məclisin Sədri bu tədbirlərin davamı kimi “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən beynəlxalq konfransa da mühüm əhəmiyyət verildiyini bildirmiş, tədbirin öz işinə başlaması münasibətilə təbriklərini çatdırmış, iştirakçıları və qonaqları salamlamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanın Naxçıvan bölgəsi qədim tarixə malikdir. Tale bu torpaqdan öz səxavətini əsirgəməmişdir. Əlverişli təbii-coğrafi şəraitə malik olan Naxçıvanda ən qədim zamanlardan məskunlaşan əcdadlarımız burada tükənməz mədəniyyət nümunələri yaratmışlar. Naxçıvan antik, orta əsrlər və müasir dövr milli mədəniyyət nümunələri və tarixi abidələrlə, ilk insan düşərgələri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının mükəmməl nümunələri olan türbələrlə zəngindir. Bu ərazidə, həmçinin Ovçular təpəsi və Qazma mağarası kimi qədim yaşayış yerləri, Əshabi-Kəhf və Gəmiqaya kimi möhtəşəm mədəniyyət nümunələri və beş min il bundan əvvələ aid edilən Naxçıvan şəhər mədəniyyəti yaradılmışdır. Bu ərazidə təkcə zəngin mədəni dəyərlərin yox, eyni zamanda, böyük dövlətçilik ənənələrinin də əsası qoyulmuş, onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Atabəylər dövləti yaranmışdır. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr vermişdir. İyirminci əsrin əvvəllərində 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin qorunmasında taleyüklü xidmətlər göstərmişdir.

Ali Məclisin Sədri demişdir: Bu diyarın ən qiymətli sərvətlərindən biri də dövlətçilik ənənələrinin davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxilixarici amillərin təsiri altında yaranmışdır. 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişə görə qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini həlli vacib olan məsələlər sırasına çəkmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu dövrdə yaranmış siyasi vəziyyəti nəzərdə tutaraq demişdir: “Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etmişdir”. Bu zərurət ilk növbədə Azərbaycana məxsus ərazinin qorunması vacibliyindən irəli gəlirdi. Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycanın digər ərazilərindən təcrid olunmuşburada gərgin vəziyyət yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü vəziyyətdən istifadə edən böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək, Türkiyə ilə Azərbaycan arasında əlaqəni kəsmək istəyirdilər. Erməni silahlıları ərazini azərbaycanlılardan təmizləmək üçün ən qəddar vasitələrə əl atır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraqböyük dövlətlərin təzyiqi, nə də erməni hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında erməni istilaçılarına qarşı Naxçıvanda aparılan müqavimət hərəkatı barədə demişdir: “Naxçıvan öz qüvvəsi ilə istilaçıları devirərək Azərbaycan ilə birləşməyə hazır olduğunu bildirmişdir”.

Bu fikirlərdə böyük həqiqət vardır. Naxçıvana muxtariyyət verilməsi tələbini irəli sürən Naxçıvan ziyalıları bununla bir tərəfdən Naxçıvanı erməni işğalından qorumaq istəyirdilərsə, digər tərəfdən Azərbaycanla, ana Vətənlə bir olmaq istəyirdilər. Bunun üçün Azərbaycandan ayrı salınmış regionda vahid idarəçiliyin həyata keçirilməsi, pərakəndəliyin aradan qaldırılması məqsədilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi ən düzgün qərar idi. Lakin qabaqcıl ictimai düşüncənin məhsulu olan bu qərar böyük dövlətlər tərəfindən ciddi müqavimətlə qarşılanırdı. Bəs necə oldu ki, Naxçıvana muxtariyyət verildi? Sovet “tarixşünaslığı” uzun müddət Naxçıvana muxtariyyət verilməsində mərkəzi hökumətin rolunu qabartmışdır. Üstündən sükutla keçilən bir amil vardır ki, o da naxçıvanlıların muxtariyyət uğrunda inadlı mübarizəsidir. İndi arxiv materialları aydın şəkildə göstərir ki, Naxçıvana muxtariyyət verilməmişdir, əksinə naxçıvanlılar bu muxtariyyəti qazanmışdılar. Naxçıvanın muxtariyyəti ermənilərə qarşı silahlı mübarizə cəbhəsində qazanıldığı kimi, böyük dövlətlərin siyasi oyunlarına qarşı diplomatik mübarizə cəbhəsində də qazanılmışdır. Behbud ağa Şahtaxtinski Sovet Rusiyası rəhbərliyi ilə aparır və bolşevik Rusiyasının rəhbəri Vladimir Leninə “Naxçıvanın Ermənistana verilməsi xalqın özünütəyin prinsipiniSovet Azərbaycanının hüquqlarını pozur”, - deyirdisə, Tiflisdəki Amerika generalı Haskelə Naxçıvanın, Şərur-Dərələyəzin və Vedibasarın Azərbaycanın ayrılmaz hissəsi olduğunu əsaslandıran Əli Səbri Qasımov “Naxçıvanın və digər regionların əhalisi bu ərazilərin erməni hökumətinə verilməsinə necə baxar?” sualına “Əldə silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti var qüvvələri ilə rədd edərlər”- cavabını vermişdir.

Qeyd olunmuşdur ki, Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmayıb. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən MoskvaQars müqavilələri imzalanmış, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası təşkil olunmuşdur. Naxçıvanın muxtariyyət qazanmasında mühüm xidmətləri olan şəxslərdən biri də Nəriman Nərimanovdur. O, 1921-ci ilin mayında beşinci Azərbaycan sovetlər qurultayındakı çıxışında Moskva müqaviləsinə hökumətin münasibətini bildirərək demişdir: “Sovet Rusiyası və Türkiyə ilə müqaviləyə əsasən Naxçıvan Azərbaycanın protektoratlığı altında müstəqil respublika elan olundu. Orada bizim nümayəndəmiz olacaqdır və biz bütün münasibətlərdə Naxçıvana xidmət edəcəyik”.

Nəriman Nərimanov Azərbaycanda hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Naxçıvana erməni-bolşevik həmlələri intensiv xarakter almış, ulu öndər Heydər Əliyevin dediyi kimi: “Naxçıvanın hüquqlarını tam məhdudlaşdırmaq” xətti tutulmuş, Naxçıvanın tarixi torpaqları hesabına Ermənistan ərazisinin süni sürətdə artırılması siyasəti yeridilmişdir. Bununla bağlı Naxçıvanın hakimiyyət orqanlarına müxtəlif təzyiqlər göstərilmiş, təkcə 1925-ci ilin martında, “hakimiyyətdə olan xan-bəy elementlərinin fəaliyyətini araşdırmaq” pərdəsi altında bir gecədə 50 rəhbər işçi həbs edilmiş, onların əksəriyyəti repressiya olunmuşdur.

“Naxçıvanın ərazisi kimi, onun muxtariyyət statusu da zaman-zaman məkrli erməni həmlələrinə məruz qalmışdır”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, 1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı MoskvaQars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir.

Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz ki, ötən 90 il ərzində burada gedən sosial-iqtisadi inkişafdır. Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davaminkişaf etdirdiyi yeniləşmə və quruculuq xətti muxtar respublikada həyatın bütün sahələrini əhatə etmişdir. Qarşıda dayanan əsas vəzifə blokada vəziyyəti ilə bağlı yaranan çətinliyi aradan qaldırmaq, əhalinin məşğulluğunu təmin etmək, yeni infrastruktur, emal və sənaye sahələri yaratmaq, sosial sahələrin - təhsilin, mədəniyyətin, səhiyyənin və elmin daha da inkişaf etməsinə nail olmaqdır.

Ali Məclisin Sədri beynəlxalq konfransın qeyd olunan istiqamətlərdə fəaliyyətə öz töhfəsini verəcəyinə inamını ifadə etmiş, iştirakçılara uğurlarelmi hesabatlarının faydalı olmasını arzulamış, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” beynəlxalq konfransını açıq elan etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək demişdir ki, ölkəmizdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi geniş qeyd olunur. Bu böyük tarixi yubiley tədbirləri Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir. Naxçıvan dünya sivilizasiyasının əsas mərkəzlərindən biridir. Bu torpağın yetirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan ədəbiyyatının, mədəniyyətin, elmin, siyasi-ictimai fikrin inkişafında tarixən mühüm xidmətlər göstərmişlər. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının, xüsusən Naxçıvan Bölməsinin alimlərinin apardıqları ardıcıl elmi axtarışlar Naxçıvanın tarixinin ən dərin qatlarının açılmasına zəmin yaratmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə, o cümlədən elmin inkişafı istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Muxtar respublikanın 90 illiyinə həsr olunmuş elmi konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Elmi konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev bildirmişdir ki, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri îlàn Nàõçıvàndà ölkə və dünya alimlərinin iştirakı ilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda beynəlxalq konfransın keçirilməsi Azərbaycanın elmi həyatında mühüm hadisədir. Qeyd olunmuşdur ki, son illər Naxçıvanda elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, elmi kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Artıq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində və Naxçıvan Dövlət Universitetində dissertasiya şuraları fəaliyyət göstərir. Bu da yüksək ixtisaslı elmi kadrların hazırlanmasında mühüm əhəmiyyətə malikdir.

Konfransın plenar iclasında Rusiyadan gəlmiş tarix elmləri namizədi Oleq Kuznetsov “1921-ci il MoskvaQars müqavilələrinə görə Naxçıvanın beynəlxalq hüquqi statusu”, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nailə Vəlixanlı “Naxçıvana qarşı əsassız erməni iddiaları”, Türk Tarix Qurumunun üzvü, professor İbrahim Atnurİmperializm əsarətindən muxtariyyətə”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyət statusumuxtar respublikanın yaradılması” mövzularında məruzələrlə çıxış etmişlər.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında Naxçıvan Muxtar Respublikasında elmin inkişaf etdirilməsi üzrə birgə əməkdaşlığa dair saziş imzalamışlar.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindən bu il iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına həqiqi və müxbir üzv seçilənlərə üzvlük diplomu və vəsiqələri təqdim olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişlər.

Beynəlxalq konfransın plenar iclası “nakhchivan.azinternet saytında canlı yayımlanmışdır.

Həmin gün beynəlxalq elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirmişdir. İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində beynəlxalq konfransın yekun iclası olacaqdır.

 

Azərbaycan.-2014.- 5 iyul.- S.3.