"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 192                   Bakı şəhəri, 12 iyun 2014-cü il

 

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 5.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabineti fövqəladə komissiyasının tərkibi"ndə "V.M.Nadirli - Bakı Metropoliteninin rəisi" sözləri "Z.M.Hüseynov - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri ilə əvəz edilsin.

2. "Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 8 iyul tarixli 388 nömrəli qərarının 17-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 29 iyul tarixli 284 saylı qərarına əlavə - "Bakı Metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı"nın 6-cı-8-ci hissələrinin "İcraçılar" sütununda "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

4. "Bakı Metropoliteni işçilərinin əmək intizamı haqqında Nizamnamənin təsdiqi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 198 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında və mətnində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin;

4.2. həmin qərarla təsdiq edilmiş "Bakı Metropoliteni işçilərinin əmək intizamı haqqında Nizamnamə"nin adında və 1-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

5. "Həyat təminatı obyektlərinin təhlükəsiz fəaliyyətinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 2 noyabr tarixli 235 nömrəli qərarının 1-ci hissəsində "Bakı Metropoliteninin" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə və 11-ci hissəsində "Bakı Metropoliteninə" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə" sözləri ilə əvəz edilsin.

6. "Bakı Metropolitenində 1995-ci il oktyabrın 28-də baş vermiş qəza ilə əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişinlərin və yüklərin təhlükəsizliyinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 yanvar tarixli 9 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

 6.1. 2-ci hissənin ikinci abzasında "Bakı Metropoliteninin" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin;

6.2. həmin qərarla təsdiq edilmiş əlavə - "Bakı Metropolitenində baş vermiş qəza ilə əlaqədar respublika nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı"nın 4-cü hissəsinin "İcraçılar" sütunundan "Azərtunelmetrotikinti" DŞ," sözləri çıxarılsın, 4-cü, 7-ci, 10-cu, 12-ci, 14-cü, 15-ci hissələrinin və 8-ci hissəsinin ikinci, üçüncü, beşinci, səkkizinci, doqquzuncu abzaslarının "İcraçılar" sütununda "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 25 noyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Akkreditivya qabaqcadan ödəmə sisteminə keçirilməyən müəssisələrin Siyahısı"nın IV hissəsi ləğv edilsin və VI hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 809; 2002, ¹ 10, maddə 641; 2003, ¹ 6, maddələr 342, 348; 2004, ¹ 10, maddə 871; 2005, ¹ 6, maddə 541, ¹ 10, maddə 978; 2006, ¹ 4, maddə 373, ¹ 9, maddə 822, ¹ 10, maddə 903; 2008, ¹ 2, maddə 130; 2009, ¹ 2, maddə 144, ¹ 7, maddə 607, ¹ 9, maddələr 736, 757, ¹ 12, maddə 1065; 2012, ¹ 12, maddə 1390; 2013, ¹ 7, maddə 879; 2014, ¹ 1, maddə 57) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı"nın "Büdcədən qismən maliyyələşdirilən təsərrüfat hesablı istehlakçılar" bölməsinin üçüncü abzasında "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

9. "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10, maddə 866; 2006, ¹ 3, maddə 303, ¹ 5, maddələr 463, 468, ¹ 8, maddə 731, ¹ 9, maddə 822, ¹ 11, maddə 994; 2007, ¹ 1, maddə 50, ¹ 10, maddə 1021, ¹ 12, maddələr 1343, 1352; 2008, ¹ 2, maddə 130, ¹ 4, maddə 308, ¹ 10, maddə 936; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddələr 144, 150, ¹ 9, maddələr 736, 753; 2010, ¹ 4, maddə 369, ¹ 11, maddə 1048; 2011, ¹ 1, maddə 66, ¹ 4, maddə 365; 2012, ¹ 9, maddə 934; 2013, ¹ 8, maddə 1000, ¹ 10, maddə 1202; 2014, ¹ 1, maddələr 59, 69, ¹ 2, maddə 201) aşağıdakı dəyişikliklər edilsin:

9.1. həmin qərarla təsdiq edilmiş 3 nömrəli Əlavə - "Büdcə xərclərinin iqtisadi təsnifatı" üzrə:

9.1.1. "Bakı Metropoliteninə" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə" sözləri ilə əvəz edilsin;

9.1.2. həmin təsnifata əlavədə ismin müvafiq hallarında "Bakı Metropoliteni" sözləri ismin müvafiq hallarında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin;

9.2. həmin qərarla təsdiq edilmiş 4 nömrəli Əlavə - "Büdcə xərclərinin inzibati təsnifatı"nda "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

10. "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 538; 2009, ¹ 9, maddə 757; 2010, ¹ 4, maddə 371; 2012, ¹ 2, maddə 190; 2014, ¹ 1, maddələr 57, 69, ¹ 2, maddə 201) birinci abzasında "Bakı Metropoliteninin" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin.

11. "Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasının adının dəyişdirilərək "İçərişəhər" adlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 aprel tarixli 103 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 322) 2-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

12. "Bakı Metropoliteninin yeni tikiləcək stansiyalarının adlandırılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 86 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 457) 3-cü hissəsində "Bakı Metropoliteninin" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin.

13. "Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasının adının dəyişdirilərək "Koroğlu" adlandırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 mart tarixli 49 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 250) 2-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

14. "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 iyun tarixli 158 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6, maddə 769) 1-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə və 2-ci hissəsində "Bakı Metropoliteninə" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə"  sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 884) ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nın 25-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

 

Abid ŞƏRİFOV,

Azərbaycan Respublikası Baş nazirinin müavini

Azərbaycan.-2014.- 6 iyul.- S.2.