"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

 

¹ 195                   Bakı şəhəri, 13 iyun 2014-cü il

 

 

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 848-IVQD nömrəli Qanununun tətbiqi və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 96 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 384, ¹ 9, maddə 868, ¹ 12, maddə 1228; 2006, ¹ 10, maddə 902; 2008, ¹ 9, maddə 853, ¹ 12, maddə 1104; 2010, ¹ 6, maddə 548, ¹ 7, maddə 705; 2011, ¹ 5, maddə 445, ¹ 12, maddə 1248; 2012, ¹ 4, maddə 391, ¹ 5, maddə 491, ¹ 11, maddə 1200; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 5 may tarixli 119 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları" üzrə:

1.1. 2.3.1-ci yarımbənddə "və ləğv edilməsi" sözləri ", ləğv edilməsi, eləcə də qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatının filialya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası" sözləri ilə əvəz edilsin;

1.2. 2.3.2-ci yarımbəndə "edilməsi" sözündən sonra "və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi" sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 2.3.3-1-ci yarımbənd əlavə edilsin:

 "2.3.3-1. ləğv edilmiş qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar;";

1.4. 2.3.5-ci yarımbənddə "qeyri-kommersiya hüquqi şəxslərinə və" sözləri "kommersiyaqeyri-kommersiya qurumlarına, habelə" sözləri ilə əvəz edilsin;

1.5. 3.1.2-ci yarımbəndə "ünvanı" sözündən sonra "(daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat)" sözləri əlavə edilsin;

1.6. 3.1.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.13-cü yarımbənd əlavə edilsin:

 "3.1.13. təsis sənədlərinə edilən hər bir dəyişiklik və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi.";

1.7. 3.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

 "3.2.3. qeyri-kommersiya təşkilatlarında - fəaliyyət predmeti və məqsədləri, fəaliyyət ərazisi;";

1.8. aşağıdakı məzmunda 3.2.3-1-ci - 3.2.3-4-cü yarımbəndlər əlavə edilsin:

 "3.2.3-1. dini qurumların mənsub olduğu dini konfessiya haqqında məlumatlar;

3.2.3-2. qeyri-hökumət təşkilatlarında - ictimai birliyin üzvlərinin sayı, icra orqanlarının tərkibi və səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar;

3.2.3-3. fondlarda - himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının həcmi;

3.2.3-4. xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində - Azərbaycan Respublikasında filialya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri, habelə filialya nümayəndəliyin icra orqanlarının tərkibi və səlahiyyət müddəti, rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası, habelə fəaliyyətinin dayandırılması (tarixi və müddəti) və bərpası (tarixi) barədə məlumatlar;";

1.9. 4.10-cu bəndə "L) ləğv edilməsi;" sözlərindən sonra "FD) qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində - fəaliyyətinin dayandırılması və bərpası haqqında məlumatlar; XG) qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində - quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası haqqında məlumatlar; ÜS) qeyri-hökumət təşkilatlarında - ictimai birliyin üzvlərinin sayı" sözləri, "T) hər bir qanuni təmsilçinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri haqqında məlumatlar;" sözlərindən sonra "RM) xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində - filialya nümayəndəliyin rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, səlahiyyət müddəti barədə məlumatlar;" sözləri, "S) hər bir təsisçinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar;" sözlərindən sonra "XT) xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində - Azərbaycan Respublikasında filialya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri barədə məlumatlar;" sözləri, "P) fondlarda təsisçinin əmlak payının miqdarı;" sözlərindən sonra "İO) qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində - qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti haqqında məlumatlar;" sözləri, "LY) ləğvetmə prosesinin ümumi müddətinin keçməsi ilə əlaqədar qurumun ləğvetmə prosesinə yenidən başlanılması barədə məlumat;" sözlərindən sonra "Ə) qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərində - ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunmasına dair məlumatlar;" sözləri əlavə edilsin;

1.10. 6.8-ci bəndə "yazılar ləğv edildikdə," sözlərindən sonra "habelə qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəlikləri fəaliyyətini dayandırdıqda və bərpa etdikdə," sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 "Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırmış vergi ödəyicisi olan qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filialya nümayəndəlikləri barədə məlumatları hər il avqust ayının 10-dək və fevral ayının 10-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir.".

2. Həmin qərarla təsdiq edilmiş "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" üzrə:

2.1. 1 nömrəli əlavəyə aşağıdakı məzmunda 10-1-ci -

10-3-cü hissələr əlavə edilsin:

"10-1. Qeyri-hökumət təşkilatının (xarici qeyri-hökumət təşkilatının filialının (nümayəndəliyinin) icra orqanları, icra orqanlarının tərkibi və səlahiyyət müddəti (hər biri ayrılıqda)

10-2. İctimai birliyin üzvlərinin sayı

10-3. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayəndəliyinin) təsisçiləri";

2.2. 2 nömrəli əlavə üzrə:

2.2.1. aşağıdakı məzmunda 10-1-ci - 10-16-cı hissələr əlavə edilsin:

 "10-1. Qeyri-hökumət təşkilatının əvvəlki icra orqanları (hər biri ayrılıqda)

10-2. Qeyri-hökumət təşkilatının hazırkı icra orqanları (hər biri ayrılıqda)

10-3. Qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki tərkibi (hər biri ayrılıqda)

10-4. Qeyri-hökumət təşkilatının icra orqanlarının hazırkı tərkibi (hər biri ayrılıqda)

10-5. Qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki səlahiyyət müddəti (hər biri ayrılıqda)

10-6. Qeyri-hökumət təşkilatının icra orqanlarının hazırkı səlahiyyət müddəti (hər biri ayrılıqda)

10-7. İctimai birliyin üzvlərinin əvvəlki sayı

10-8. İctimai birliyin üzvlərinin hazırkı sayı

10-9. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayəndəliyinin) əvvəlki təsisçiləri

10-10. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayəndəliyinin) hazırkı təsisçiləri

10-11. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayəndəliyinin) əvvəlki icra orqanları (hər biri ayrılıqda)

10-12. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayəndəliyinin) hazırkı icra orqanları (hər biri ayrılıqda)

10-13. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayən-dəliyinin) icra orqanlarının əvvəlki tərkibi (hər biri ayrılıqda)

10-14. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayən-dəliyinin) icra orqanlarının hazırkı tərkibi (hər biri ayrılıqda)

10-15. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayəndəliyinin) icra orqanlarının əvvəlki səlahiyyət müddəti (hər biri ayrılıqda)

10-16. Xarici qeyri-hökumət təşkilatının filialının (nümayəndəliyinin) icra orqanlarının hazırkı səlahiyyət müddəti (hər biri ayrılıqda)";

2.2.2. ikinci halda "14" rəqəmi "15" rəqəmi ilə əvəz edilsin və 15-17-ci hissələr müvafiq olaraq 16-18-ci hissələr hesab edilsin.

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Azərbaycan.-2014.- 6 iyul.- S.2.