Regionun ən güclü ordusu

 

"...Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda bu qətnamələr öz mahiyyətini itirir. Biz beynəlxalq hüququn norma prinsiplərini qəti şəkildə təşviq edəcəyik. Xanım sədrə çox minnətdaram ki, giriş nitqində Azərbaycanın ərazi bütövlüyünə dair şərhlərini verdi. Bu, beynəlxalq hüququn fundamental prinsipidir. Bu, dondurulmuş münaqişələrin həllində riayət edilməli əsas prinsip olmalıdır". Bir neçə gün əvvəl AŞ PA-nın tribunasından səslənən bu fikirlərin davamı olaraq Prezident İlham Əliyev Azərbaycan ordusunun 96-cı ildönümü günündə dövlət, ordu cəmiyyət qarşısında duran vəzifələri, hədəfləri aydın kəskin bildirib. Hamının  ürəyində yığılıb qalanların iyunun 26-da Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Dövlət Sərhəd Xidmətinin birləşmə hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində iştirak edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dilindən eşidilməsindən yaxşı ola bilər: "Səbrimiz tükənir!" Təkcə xəbər portallarında qısa vaxt ərzində bu çıxışı izləyənlərin sayı minlərlədir. Deməli, bu çıxışla minlərlə sualın cavabı verilib, problemin həlli yolları göstərilib.

 

"Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır" 

 

Bayram günündə bütün qoşun növlərinin birgə əməliyyat-taktiki təlimlərində qarşıda duran bütün vəzifələr icra edilmiş, bütün hədəflər vurulmuşdur. Bu təlimlər bir daha göstərdi ki, Azərbaycanda ordunun hərbi gücü potensialı daim artır möhkəmlənir. Əminliklə demək olar ki, ordu quruculuğu istiqamətində çox böyük işlər görülüb görülməkdədir. Hərbi xərclərin ildən-ilə artırılması onun büdcə xərclərində birinci yer tutması da bunu əyani sübut edir. Son illər keçirilən hərbi paradlar təlimlər onu da nümayiş etdirdi ki, bu gün Azərbaycan ordusu maddi-texniki təchizatına görə dünyada ən güclü ordular sırasındadır. Prezident İlham Əliyev bu inkişafı faktların dili ilə belə ifadə edib: "Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur".

Bu gün ordudakı inkişafı yeniliyi təkcə müasir silah-sursat ehtiyatları deyil, həm hərbi hissələrdəki nizam-intizam islahatlar, artan döyüş qabiliyyəti nümayiş etdirir. Heç kimdə, elə bədxah qonşularımızda da şübhə yoxdur ki, bu gün bizim ordumuz istənilən tapşırığı yerinə yetirə torpaqlarımızı tamamilə işğaldan azad edə bilər. Təlimləri seyr edən dövlət başçısı bildirdi ki, bu gün dünyada daha çox yüksək dəqiqliyə böyük dağıdıcı qüvvəyə malik olan silahlara üstünlük verilir. Azərbaycan öz iqtisadi gücündən çıxış edərək belə silahlar alır almaqda davam edəcəkdir. Bununla yanaşı, 2005-ci ildən başlayaraq bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə xeyli sayda hərbi təyinatlı silah-sursat istehsal olunub. Əsas hədəflərdən biri gələcəkdə özümüzün öz istehsalımız olan hərbi sursatla, texnika ilə tam şəkildə təmin edilməyimizdir. Bugünkü təlimlər bir daha sübut etdi ki, ən müasir silahlara sahib olan Azərbaycan əsgəri dünyada mövcud olan döyüş taktikalarına da yiyələnibdir. Ordumuzda ən qabaqcıl hərbi təcrübələr öyrənilir bunlar hərbi hissələrdə səylə tətbiq olunur. Ölkə rəhbərinin təlimlərdəki çıxışında güclü ordunun əsasını təşkil edən hədəflərdən birinə - hərbçilərin sosial müdafiəsi məsələsinə diqqət yetirildi. Bu məsələ artıq öz uğurlu həllini tapmaqdadır. Belə ki, mütəmadi olaraq hərbçilərin maaşları, pensiyaları qaldırılır orduda 20 il qüsursuz xidmət göstərən şəxslərə dövlət tərəfindən mənzillər verilir. Hazırda hərbçilərin bir qisminə 200 mənzil verilib bu rəqəm ilin sonunadək 500-ə çatacaqdır. Prezidentin söylədiyi kimi, müharibə şəraitində yaşayan Azərbaycanda  ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələdir.

 

İllər bizdən aparır, ancaq qarşı tərəfə nəsə vermir

 

20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır. Yüz minlərlə Azərbaycan vətəndaşı bu işğaldan əziyyət çəkməkdədir. İkili standartların hökm sürdüyü dünyada neçə ildir ki, beynəlxalq təşkilatların qərar qətnamələrinə məhəl qoyulmur: "Dəfələrlə bu barədə fikirlərimi müxtəlif kürsülərdən ifadə etmişəm. Bu gün demək istəyirəm ki, bizə qarşı göstərilən ədalətsizlik qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Üstündən 20 il keçib". İllərdir bu məsələ ilə məşğul olan vasitəçilər münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsinə calışırlar ki, təki müharibə yenidən başlamasın. Onların "qayğı"larını anlamaq çətin deyil: Azərbaycanda gedən sürətli ordu quruculuğu onları daha çox narahat etməkdədir. Çünki gündən-günə səbri tükənməkdə olan Azərbaycan vətəndaşının belə ədalətsiz bir durumda öz ordusuna güvənməkdən başqa yolu qalmır: "Biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik barışmayacağıq. Biz sülh istəyirik. Amma eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı Dağlıq Qarabağda bu gün işğal altında olan digər yerlərdə memarlıq əsərləri yaratmışdır. Binalar, şəhərlər salmışdır, infrastruktur yaratmışdır. Dağlıq Qarabağda bütün yer adları, kəndlərin adları Azərbaycan mənşəli adlardır. Bu, bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir sabah da belə olacaqdır. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim heç vaxt qondarma Dağlıq Qarabağ respublikasını tanımayacaq Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik".

Ölkə rəhbəri bir faktı da vurğuladı ki, güclənən Azərbaycan ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir bunu düşmən tərəf özü etiraf edir. Bu gün müxtəlif KİV-lərdə yayımlanan informasiyalar, məlumatlar bu fikri bir daha təsdiq edir. Belə ki, Ermənistan heç bir məsələdə müstəqil qərar qəbul edə bilmədiyi kimi, bütün sərhədlərini "müttəfiqləri"nin nəzarətinə veribdir. Bu yaxınlarda "Mir" televiziyası ilə yayımlanan bir reportajda İran-Ermənistan sərhədlərini qoruyan rus hərbçilərinin özlərini orada ev sahibi kimi apardıqları aydın hiss edilirdi. Dost düşmənin daha yaxşı seçildiyi indiki məqamda, sözün həqiqi mənasında, güclü Azərbaycan ordusu məsələnin həlli üçün ən vacib rola malikdir. Eyni zamanda, bölgədəki sabitliyin qarantı Azərbaycan dövləti onun ordusudur. Belə ki, təmas xəttində vəziyyətə tam şəkildə Azərbaycan nəzarət edir: "Biz istəyirik ki, bu, sülh yolu ilə həll edilsin. Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə Ermənistan bu məsələ ilə məşğul olan vasitəçilər bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyildir".

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 6 iyul.- S.5.