«Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 231; 2000, ¹ 3, I kitab, maddə 159; 2008, ¹ 7, maddə 611, ¹ 8, maddə 719, ¹ 10, maddə 896; 2009, ¹ 2, maddə 71, ¹ 12, maddələr 977, 987; 2011, ¹ 7, maddə 633; 2012, ¹ 6, maddə 545) 2-ci hissəsində  aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasa "Məcəlləsinin" sözündən sonra  "7-ci maddəsinin 2-1-ci hissəsində, 49-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində," sözləri əlavə edilsin;

1.2. üçüncü abzasa "48-ci maddəsinin beşinci hissəsində," sözlərindən sonra  "49-cu maddəsinin 4-cü hissəsində," sözləri əlavə edilsin;

1.3. dördüncü abzasa  "Məcəllənin" sözündən sonra "3-cü maddəsinin 5-1-ci hissəsində," sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"həmin Məcəllənin 15-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 8 iyul 2014-cü il

Azərbaycan.-2014.- 9 iyul.- S.1.