Z.İ.Qaralovun «Şərəf» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın  ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Zahid İbrahim oğlu Qaralov "Şərəf" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 iyul 2014-cü il

Azərbaycan.-2014.- 10 iyul.- S.1.