Azərbaycan Prezidenti İlham Əliyev
Nikaraquanın xarici işlər
nazirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da
Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos
Lopezi qəbul etmişdir.
Xarici
işlər naziri Samuel Santos Lopezin Azərbaycana səfərinin
Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi
səfər olmasının önəmini vurğulayan dövlətimizin
başçısı gələcəkdə bu cür səfərlərin
intensivləşəcəyinə əminliyini ifadə etdi.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin
inkişaf etdirilməsi məsələsinə toxunan Prezident
İlham Əliyev Azərbaycan ilə Nikaraqua arasında siyasi,
iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə
əməkdaşlıq üçün yaxşı
imkanların olduğunu dedi.
Nikaraquanın
xarici işlər naziri Samuel Santos Lopez ölkəmizə ilk rəsmi
səfərindən məmnunluğunu bildirdi. Nazir Azərbaycanda
gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat
yaratdığını dedi.
Azərbaycan.-2014.- 10 iyul.- S.2.