Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə döyüş bayrağının təqdim olunmasına və Orta İxtisas Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr edilmiş təntənəli mərasim keçirilmişdir

 

İyulun 9-da Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə döyüş bayrağının təqdim olunmasına və Orta İxtisas Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.

Əvvəlcə daxili işlər nazirinin qarşılanması olmuşdur. Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport vermişdir.

Nazir şəxsi heyəti salamlamış, əlamətdar hadisələr münasibətilə onları təbrik etmişdir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasim açıq elan olunmuşdur.

Daxili işlər naziri Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə verilmiş döyüş bayrağını Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədova təqdim etmişdir.

Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Məzunlar adından çıxış edən leytenant Nurlan Məmmədov tədris müddətində aldıqları mükəmməl təhsilə, əldə etdikləri zəruri bilikpraktik vərdişlərə, yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Ali Hərbi Məktəbin pedaqoji kollektivinə minnətdarlığını bildirmiş, onlara göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlarına söz vermişdir.

Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov çıxış edərək respublikamızda milli hərbi kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımların atıldığını, bu məqsədlə Prezident İlham Əliyevin göstərişinə əsasən səkkiz il əvvəl Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin yaradıldığını vurğulamışdır. O demişdir ki, artıq dördüncü dəfə buraxılışı olan Îrtà İõtisàs Hərbi Məktəbində hazırlanan kadrlar hərbi hissə və bölmələrin döyüş hazırlığının daim yüksək saxlanılmasında, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində bilik və bacarıqlarını əsirgəməyərək Daxili Qoşunların döyüş ənənələrinə sadiq olduqlarını nümayiş etdirmişlər.

Məhz kadr potensialının daha da gücləndirilməsi məqsədilə dövlətimizin başçısının 2011-ci il 25 fevral tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin əsasında Daxili Qoşunların Ali Hərbi Məktəbi yaradılmışdır. Qeyd olunmuşdur ki, nazirliyin rəhbərliyinin xüsusi nəzarət və qayğısı sayəsində Ali Hərbi Məktəb qısa müddətdə fəaliyyəti üçün zəruri olan bütün şərait və maddi-texniki tədris bazası ilə tam təmin edilmiş, ötən dövrdə burada tədris olunan dərslərin, pràktiki və səhrà təlimlərinin kåyfiyyəti qənàətbəõş îlmuş, günün tələblərinə càvàb vårmişdir.

Məruzəçi peşəkar kadr hazırlığındakı yardıma və bu istiqamətdəki xüsusi səylərinə görə Türkiyə Respublikasının Jàndàrm Bàş Kîmàndànlığınà da minnətdàrlığını bildirmişdir.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırmışdır.

Nazir ümummilli lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların təkmilləşməsinə də böyük önəm verdiyini, məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı ilə onun formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan peşəkar və mobil bir quruma çevrildiyini məmnunluqla vurğulamışdır.

Ramil Usubov bildirmişdir ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim diqqət və qayğı göstərir, ümumilikdə Silahlı Qüvvələrin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Məhz dövlətimizin başçısının tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Təsadüfi deyil ki, Daxili Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilmişdir.

General-polkovnik Ramil Usubov Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd etmiş, şəxsi heyətin yüksək döyüş hazırlığına görə Daxili Qoşunların Komandanlığına minnətdarlığını bildirmişdir.

Nazir Daxili Qoşunların torpaqlarımızın müdafiəsində fədakarlıq göstərdiyini, yüzlərlə şəhid verdiyini, sonrakı illərdə ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirdiyini, yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik olduğunu məmnunluqla vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə hərbi hissələrdə olması, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanması və göstərdiyi qayğı hərbi qulluqçuların döyüş ruhunun yüksəlməsinə təkan verir, onların Vətənə, xalqa xidmət əzmini daha da artırır. İctimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyi Azərbaycan Prezidenti tərəfindən həmişə yüksək qiymətləndirilir, hərbi qulluqçular müxtəlif dövlət mükafatları ilə təltif olunur.

Bildirilmişdir ki, son illərdə Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bakı qarnizonunda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə abadlıq-quruculuq işləri aparılmış, yeni hərbi şəhərciklər, o cümlədən əsgər kazarmaları tikilmiş, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış kompleksləri istifadəyə verilmişdir.

Sonda daxili işlər naziri şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirmişonu əmin etmişdir ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri və tapşırıqları bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Sonra məzunlara diplomlar təqdim olunmuşdur.

Məktəbi fərqlənmə ilə bitirmiş leytenant Seymur MehrəliyevYaş kötüyü”nə xatirə lövhəsini vurmuşdur.

Tədbirin rəsmi hissəsi “Ali Hərbi Məktəbin marşı”nın sədaları altında şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatmışdır.

 

Azərbaycan.-2014.- 10 iyul.- S.4.