Dövlət İdarəçilik
Akademiyası Şirvanda “Azərbaycanın
innovativ
inkişafı” mövzusunda
seminar keçirmişdir
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası Şirvan şəhərində regionu əhatə
edən 18 şəhər və rayonun icra hakimiyyəti
başçılarının müavinlərinin və
sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsi müdirlərinin
iştirakı ilə “Azərbaycanın innovativ
inkişafı” mövzusunda növbəti seminar
keçirmişdir.
Akademiyanın
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
Şirvan Şəhər İcra Hakimiyyətinin
başçısı Mərdan Camalov şəhərdə
aparılan geniş quruculuq və abadlıq işlərindən,
əhalinin sosial problemlərinin həlli,
sahibkarlığın inkişafı istiqamətində
görülmüş tədbirlərdən
danışmış, bu cür seminarların yerlərdə
çalışan dövlət qulluqçuları
üçün əhəmiyyətli olduğunu
vurğulamışdır.
Dövlət
İdarəçilik Akademiyasının rektoru, akademik Urxan
Ələkbərov tədbirdə “Azərbaycan
Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların
sənədlərində” mövzusunda məruzə ilə
çıxış etmişdir. Rektor Azərbaycanın
sürətlə inkişaf etdiyini və bu inkişafın nəticəsi
olaraq beynəlxalq nüfuzunun gündən-günə
artdığını, ölkəmizin bir çox istiqamətlərdə
regional və qlobal liderə çevirdiyini
vurğulamışdır. U.Ələkbərov Azərbaycanın
inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar,
o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər
nüfuzlu qurumların rəsmi sənədlərində,
müstəqil ekspertlər tərəfindən
hazırlanmış hesabatlarda öz təsdiqini
tapdığını seminar
iştirakçılarının diqqətinə
çatdırmışdır. Rektor qeyd etmişdir ki, əldə
olunan nailiyyətlərin əsasında Prezident İlham
Əliyevin həyata keçirdiyi
düşünülmüş innovativ inkişaf
strategiyası durur və bu strategiyanın
reallaşdırılmasında dövlət qurumları ilə
yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə
Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın rolu xüsusi qeyd edilməlidir. U.Ələkbərov,
həmçinin innovativ tərəqqinin əsas və həlledici
amili olan insan potensialının inkişaf səviyyəsi, onun
əsas meyarları haqqında danışmışdır.
“Azərbaycanın
müasir inkişaf konsepsiyası: varislik və innovativlik”
mövzusunda çıxış edən akademiyanın Siyasi
Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov
ümummilli lider Heydər Əliyevin elmi-nəzəri və
siyasi irsini və onu bu gün öz əməli fəaliyyətində
davam və inkişaf etdirən Prezident İlham Əliyevin uzun
illərə hədəflənmiş siyasi kursunu təhlil edərək,
ölkənin innovativ inkişaf strategiyasının əsas
konturlarını diqqətə
çatdırmışdır.
“Dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində
innovativ metodların tətbiqi” mövzusunda
çıxış edən akademiyanın elmi-təşkilat
şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli
dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin
qiymətləndirilməsinin dövlət idarəçiliyinin
prioritet istiqamətlərindən biri olduğunu
vurğulamışdır. O, hər bir dövlət
qulluqçusunun məhsuldar fəaliyyətinin
çalışdığı müəssisənin səmərəliliyinin
yüksəldilməsində vacib amil olduğunu və səmərəli
fəaliyyəti əngəlləyən problemlərin aradan
qaldırılmasının müasir dövlət idarəçilik
elminin əsas tədqiqat mövzularından biri kimi müəyyən
edildiyini söyləmişdir. R.Rəhimli beynəlxalq təcrübədə
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində
tətbiq olunan innovativ metodlar, həmçinin ölkəmizdə
bu sahədə həyata keçirilən islahatlar haqqında
məlumat vermişdir.
Sonda
məruzəçilər seminar
iştirakçılarının suallarını
cavablandırmışlar.
Azərbaycan.-2014.- 10 iyul.- S.5.