Azərbaycan ilə Xorvatiya arasında mədəniyyət və turizm

 sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada 65-ci Dubrovnik yay festivalında və “Xorvatiya Forumu”nda iştirak edir.

AzərTAc xəbər verir ki, iyulun 9-da səfər çərçivəsində Ə.Qarayev ilə Xorvatiyanın turizm naziri Darko Lorencin arasında görüş keçirilmişdir.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə edilmiş və birgə bələdçi kitablarının nəşri haqqında razılıq əldə olunmuşdur.

İyulun 10-da isə nazir Əbülfəs Qarayev Xorvatiyanın mədəniyyət naziri Andrea Zlatar Violiç ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanmışdır.

Azərbaycan nümayəndə heyəti 65-ci Dubrovnik yay festivalının açılış mərasimində də iştirak etmişdir.

Səfər iyulun 11-də başa çatacaqdır.

 

Azərbaycan.-2014.- 11 iyul.- S.7.