«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 612; 2002, ¹ 5, maddə 250, ¹ 6, maddə 328; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 12, maddə 1079; 2006, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12, maddə 1005; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 4, maddə 252, ¹ 6, maddə 462; 2010, ¹ 3, maddə 172, ¹ 6, maddə 487; 2011, ¹ 4, maddələr 252, 268, ¹ 11, maddə 989) 6-cı maddəsinin birinci hissəsinin 7-ci bəndində "buraxılan şəxsləri yoxlamaq" sözləri "buraxılacaq şəxslər barədə yoxlama tədbirlərini "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirmək" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 iyun 2014-cü il

Azərbaycan.-2014.- 12 iyul.- S.3.