Görülən işlər ölkənin bütün regionlarının dinamik inkişafına imkan verir

 

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında bu istiqamətin davam etdiyi vurğulanmışdır

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  əhatəli və məzmunlu nitq söyləmişdir. İclasda dövlət başçısı yarım ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, qarşıda duran vəzifələr və görüləcək işlər barədə fikrini bildirərək, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb etmiş, belə halların təkrar olunmaması üçün tapşırıqlarını vermişdir.

Dinamik şəkildə inkişaf edən ölkə iqtisadiyyatının 6 aylıq statistik göstəriciləri çox yüksəkdir. Bu, Nazirlər Kabinetinin iclasında açıqlanan rəqəmlərdən də aydın görünür. İlin birinci yarısında iqtisadiyyatımız 2,1 faiz artmışdır. Nəzərə almaq lazımdır ki, dünyada uzun müddət davam edən iqtisadi böhran fonunda bu, yüksək rəqəmdir.

Dövlət son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib. Məqsəd ölkə iqtisadiyyatının inkişaf perspektivlərini şaxələndirməkdir. Artıq inamla deyə bilərik ki, dövlətin həyata keçirdiyi bu siyasət öz müsbət nəticələrini verib. Belə ki, 2014-cü ilin birinci yarısında qeyri-neft sektorunda artım 7 faiz səviyyəsinə çatıb. Belə yüksək göstəricilərə nail olmaq üçün uzun müddət qeyri-neft sektoruna böyük məbləğdə investisiya qoyulubbu siyasət davam etməkdədir. Bunun nəticəsidir ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Odur ki, bir neçə ildən sonra qeyri-neft sektorunun iqtisadiyyatın ümumi çəkisində öz payını daha da artıracağı şübhə doğurmur.

İqtisadi inkişaf həm də ölkə vətəndaşlarının sosial vəziyyətinin və rifahının daha da yaxşılaşması deməkdir. İqtisadiyyatımız inkişaf etdikcə əhalinin sosial ehtiyaclarının ödənilməsi də ildən-ilə yüksək templə artır. Altı ay ərzində əhalinin pul gəlirləri 4,7 faiz artıb. Bunun qarşısında ölkədə inflyasiya cəmi 1,6 faiz həddindədir. Beləliklə, əhalinin gəliri real inflyasiyanı üç dəfə üstələyir. Bu, sosial sahədə böyük göstəricidir. Yəni əhalinin qazandığı gəlirləri inflyasiya əlindən almır. Altı ay ərzində orta əməkhaqqı artaraq 440 manatya 560 dollar təşkil edib.

Bu il regional inkişafa dair üçüncü proqram qəbul edilmişdir. Yeni dövlət proqramının qəbul edilməsi sayəsində ilin birinci rübündə 65 min yeni yeri açılmışdır bunun 52 mini daimidir. Ümumilikdə 2003-cü ildən bugünədək qəbul edilən proqramların icrası nəticəsində 1 milyon 300 min yeri açılmışdır ki, bunun da təqribən 1 milyonu daimi yeridir. Qəbul edilən proqramlar nəticəsində ölkədə işsizlik tam aradan qalxmaq üzrədir.

Ölkəmizin maliyyə vəziyyəti sabitdir. Bu, iqtisadi inkişafın təminatında mühüm rol oynayır. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Xaricdən maliyyə investisiya asılılığı yoxdur, ölkə iqtisadiyyatını maliyyələşdirmək qabiliyyətindədir. Buna görədir ki, son bir neçə ildə iqtisadiyyata kapital qoyuluşunda daxili investisiyalar üstünlük təşkil edir. Bir faktı qeyd etmək istəyirik ki, ölkəmizin valyuta ehtiyatı 54 milyard manatdır. Bu, dövlətimizə iqtisadiyyatın tənzimlənməsinə, kapital qoyuluşu sosial layihələrin həyata keçirilməsinə geniş imkanlar açır. Azərbaycan kimi kiçik bir dövlət üçün 54 milyard valyuta ehtiyatının olması onun yüksək inkişafından xəbər verir.

Ölkə iqtisadiyyatında hələ neft sənayesi öz üstün mövqeyini qorumaqdadır. Hazırda bu sahədə dünya əhəmiyyətli bir sıra yeni layihələr həyata keçirilir. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq bir dövlət kimi tanınır.

Prezident İlham Əliyev həyata keçirilən enerji təhlükəsizliyi siyasətinə toxunaraq demişdir: “Bu altı ayda neft-qaz sahəsində, xüsusiləCənubqaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlanmışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. Cənubqaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm onun qonşuları Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - “Şahdəniz-2”, TANAP TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi enerji tərəfdaşına çevirəcək ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik Azərbaycanın dünyadakı rolu daha da artacaqdır”.

Prezident İlham Əliyev tərəfindən 2014-cü ilSənaye ilielan edilib.  Məqsəd ölkə iqtisadiyyatında sənayeləşmənin keyfiyyətini yüksəltmək, onun miqyasını rəqabət qabiliyyətli məhsul istehsalını artırmaqdır. Ölkəmizdə sənayenin inkişafında mühüm rol oynayacaqAzərbaycan Polad İstehsalı Kompleksi”nin qurulması ilə bağlı sənədin  imzalanması bunu bir daha sübut edir. Yeni kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlərin görülməsinə imkan verəcək. Buna qədər fəaliyyət göstərən texnoparklar ölkə sənayesinə real töhfələrini verib. Ən önəmlisi odur ki, yeni texnoparkların daha çox regionlarda yaradılmasına qərar verilib. Bu, ölkənin bütün ərazilərinin inkişafına regionlarda əhalinin işlə təminatına yol açacaq. Mingəçevir Gəncə sənaye parklarının yaradılması ilə bağlı qərarın qəbul edilməsi bu məqsədə xidmət edir.

Dövlət başçısı İlham Əliyev ölkənin sənayeləşdirilməsi məsələlərinə toxunaraq demişdir: “Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Həm xaricdən, həm daxildən investisiyaların cəlb edilməsi müsbət haldır. Biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq. İnanmıram ki, indi hansısa bir ölkədə dövlət bu məsələlərlə bu qədər məşğul olsun”.

Qazanılan nailiyyətlər, ölkə həyatının bütün sahələrinin tarazlı inkişafı da məhz dövlətin bu siyasəti dəstəyi sayəsində mümkün olmuşdur.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2014.- 13 iyul.- S.1.