Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının

 Nizamnaməsində nəzərdə tutulan milli

 orqanın müəyyən edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 1. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının 1955-ci il iyulun 15-də qüvvəyə minmiş Nizamnaməsinin 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan milli orqan qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən milli orqan barədə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Baş katibinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 iyul 2014-cü il

Azərbaycan.-2014.- 13 iyul.- S.2.