«Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq  qərara alır:

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə 641; 2014, ¹ 4, maddə 347) 33.1.2-ci maddəsində "şəxsin qocalığı," sözlərindən sonra "yetkinlik yaşına çatmaması," sözləri, "konsulluğuna"  sözündən sonra ", yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 iyun 2014-cü il

Azərbaycan.-2014.- 15 iyul.- S.4.