«Banklar haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 130; 2005, ¹ 4, maddə 276; 2007, ¹ 5, maddə 401, ¹ 6, maddə 562, ¹ 11, maddə 1070; 2008,  ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə 590; 2013, ¹ 7, maddə 790) 41.2-ci maddəsinə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqifiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşaya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 iyun 2014-cü il

Azərbaycan.-2014.- 16 iyul.- S.2.