«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq  qərara  alır:

Maddə 1. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115; 2004, № 9, maddə 665; 2006, № 3, maddə 207, № 11, maddə 909; 2007, № 10, maddə 928; 2009, № 10, maddə 761, № 12, maddə 944; 2011, № 6, maddə 459, № 8, maddə 749) 16.1-ci maddəsində "1800" rəqəmləri "2025" rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Konstitusiya Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2013-cü il dekabrın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 27 iyun 2014-cü il

Azərbaycan.-2014.- 16 iyul.- S.3.