Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 205                   Bakı şəhəri, 25 iyun 2014-cü il

 

 

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 64 nömrəlifərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 600; 2004, ¹ 3, maddə 193, ¹ 9, maddə 742; 2006, ¹ 5, maddə 463; 2009, ¹ 1, maddə 32, ¹ 9, maddə 752; 2012, ¹ 9, maddə 924, ¹ 11, maddə 1209) ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci hissənin onuncu abzasında, 17.4-cü bəndin dördüncü abzasında, 23.2-ci bəndin "d" yarımbəndində, 24.2-ci bəndin ikinci abzasında "müəyyən edilmiş haqqın" sözləri "xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilsin.

2. 8-ci hissənin dördüncü abzasının ikinci cümləsində "Müəyyən edilmiş haqq ödənilməklə" sözləri "İddiaçının vəsatəti əsasında və xidmət haqqı (ödəniş) ödənilməklə," sözləri ilə əvəz edilsin.

3. 13.4-cü bənddə (hər iki halda), 17.2-ci bəndin üçüncü abzasında, 24.2-ci bəndin üçüncü abzasında, 28.3-cü bənddə (hər üç halda), 28.4-cü bənddə (hər iki halda) "haqqın" sözü "xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilsin.

4. 17.1-ci bəndin birinci abzasında "müəyyən edilmiş haqqı" sözləri "xidmət haqqını (ödənişi)" sözləri ilə əvəz edilsin.

5. 17.2-ci bəndin ikinci abzasında "müəyyənləşdirilmiş haqqın" sözləri "xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilsin.

6. 20.1-ci bənddə "və müəyyən edilmiş əlavə haqq" sözləri "və xidmət haqqı (ödəniş)" sözləri ilə əvəz edilsin.

7. 20.4-cü bənddə "ödənilən haqq" sözləri "ödənilən xidmət haqqı (ödəniş)" sözləri ilə əvəz edilsin.

8. 27.1-ci bəndin ikinci abzasında "müəyyən edilmiş haqq" sözləri "xidmət haqqı (ödəniş)" sözləri ilə əvəz edilsin.

9. 28.3-cü bənddə "haqq" sözü "xidmət haqqı (ödəniş)" sözləri ilə, "haqqla" sözü "xidmət haqqı ilə (ödənişlə)" sözləri ilə, 28.4-cü bənddə "haqqa" sözü "xidmət haqqına (ödənişə)" sözləri ilə əvəz edilsin.

10. Aşağıdakı məzmunda 36-cı

 hissə əlavə edilsin:

"36. Əmtəə nişanları ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili

36.1. Əmtəə nişanları ilə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), əmtəə nişanına dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən, ilkinlik üzrə sənədlərin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını SMPDK tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 16 iyul.- S.5.