Tikdim ki, izim qala...

 

Yaxud həyata keçirilən hər bir layihəyə

öz möhürünü vuran səhmdar cəmiyyəti

 

İndi Bakıda və başqa şəhər və rayonlarımızda böyük tikinti işləri gedir. On minlərlə vətəndaş tikintilərdə işləyir, pul qazanır. İndi xaricə gedənlərin sayı da azalır. Əksinə, ölkəyə qayıdırlar, gəlməlidirlər, qayıtmalıdırlar. Yəni qayıtmaq üçünburada şərait olmalıdır. İş, şərait olmalıdır. Əlbəttə, bunu da biz yaradırıq. Yenə də deyirəm, hər bir kəndin, qəsəbənin problemləri həll edilməlidir...

 

İlham ƏLİYEV

 

Bu gün respublikamızın bütün bölgələri sözün əsl mənasında tikinti poliqonuna çevrilib. Bir-birinin ardınca inşa olunan yaşayış binaları, məktəblər, xəstəxanalar, texnoparklar, turizm obyektləri, o cümlədən bu qəbildən olan onlarla, yüzlərlə ictimai-iaşə və infrastruktur müəssisəsi göz oxşayır. Qürur doğuran başlıca məqamlardan biri və ən mühümü isə həmin işlərin əsasən daxili imkanlar, yerli sərmayə hesabına ərsəyə gətirilməsidir. Eyni zamanda, reallaşdırılan layihələrdə bir-birinin ardınca dövlət başçısı tərəfindən qəbul olunaraq yüksək səviyyədə icra edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının da müstəsna rolu var.

 

Ölkə Prezidenti İlham Əliyevin cari ilin fevral ayının 27-də imzaladığı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərmanında bu məsələ xüsusi olaraq vurğulanır. Qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmişuğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Ölkəmizdə icra olunan layihələrin əsasən yerli təşkilatlar tərəfindən aparılması da əlamətdar hadisədir. Onların arasında son illərdə formalaşanı da var, on illərlə topladığı təcrübəni müasir standartların tələblərinə uyğunlaşdırıb tətbiq edəni də... Belələrindən biri də təxminən yarım əsrdən artıq bir dövr ərzində respublikamızda aparılan yenidənqurma və quruculuq işlərinə əvəzolunmaz töhfələrini vermiş "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətidir.

 

Altmışlardan başlanan yol

 

"Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir və bu qurum 1961-ci ildə qeyri-dövlət mülkiyyəti əsasında yaradılmış "Başkolxozlararasıtikinti" İdarəsinin hüquqi varisidir. Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları verilməklə adı bir neçə dəfə dəyişdirilərək "Başkolxozsovxoztikinti" İdarəsi, "Azəraqrarsənayetikinti" Birliyi, "Azəraqrartikinti" İstehsalat Birliyi, "Azəraqrartikinti" Dövlət Şirkəti adlandırılıb.

İstehsalat fəaliyyətinin böyük bir qismi ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərə təsadüf edən təşkilat sovetlər dönəmində respublikamızda geniş vüsət almış tikinti proseslərində yaxından iştirak edib. Neçə-neçə həyati əhəmiyyətli layihəyə imzasını qoyub, möhürünü vurub. Təbii ki, təşkilat tərəfindən görülən keyfiyyətli işlər onun kollektivinin üzünü də ağardıb, ömrünü də uzadıb. "Azəraqrartikinti" adının XXI əsrin ikinci onilliyinə qədər gəlib çıxmasını şərtləndirən əsas amillərdən biri də məhz fəaliyyətdə şəffaflığa üstünlük verilməsi və hər bir işə yaradıcı yanaşma olub.

Elə qeyd olunanların nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin "Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında" 1997-ci il 2 dekabr tarixli 646 saylı Fərmanı ilə "Azəraqrartikinti" Dövlət Şirkəti ləğv edilərkən şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 mart 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Cəmiyyətin mülkiyyəti 100 faiz onun səhmdarlarının xüsusi mülkiyyətidir.

Fəaliyyət göstərdiyi illər ərzində "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikamızın bütün bölgələrində - şəhər və rayonlarında, əksər kəndlərində müxtəlif təyinatlı kənd təsərrüfatı obyektləri, təhsil, səhiyyə və sosial obyektlər, yaşayış evləri, ictimai binalars. inşa olunub.

Qeyd etmək lazımdır ki, "Azəraqrartikinti" ASC icra etdiyi müqavilələrin həcminə və mürəkkəbliyinə görə respublikada ön sıralarda olan tikinti təşkilatlarındandır. Buna da, təsadüfi deyil ki, asanlıqla nail olunmayıb. Heç şübhəsiz ki, öz peşəsini sevən, onun incəliklərindən zövq almağı bacaran, uğurla başa çatan hər layihəyə görə sevinməyi bacaran işbilənə etibar ediləndə birincilikolar, zəfər də... Şübhəsiz ki, cəmiyyətin qazandığı uğurlarda bir rəhbər kimi onun prezidenti, təcrübəli və peşəkar inşaatçı, respublikanın əməkdar mühəndisi, Milli Məclisin deputatı Ağalar Vəliyevin xidmətləri xüsusi qeyd edilməlidir. Cəmiyyətdə yüksək ixtisaslı kadr potensialının cəmləşməsi, icra aparatında və filiallarda öz peşəsinin vurğunu olan yüzlərlə yüksək ixtisaslı mühəndis, memar və digər peşə sahiblərinin çalışması da rəhbərin peşəkar seçiminin nəticəsidir. Kollektivin gərgin əmək və səyləri son illər səhmdar cəmiyyətinin fəaliyyət dairəsinin xeyli genişlənməsinə təkan verib. Artıq kollektiv daha mürəkkəb və unikal obyektlər üzrə müxtəlif növ işləri yerinə yetirirbu sahədə uğurlarını davam etdirməkdədir.

 

Öz ənənəsi, öz dəst-xətti...

 

"Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti respublikanın tikinti kompleksində öz dəst-xətti və xüsusi çəkisi ilə seçilən respublika əhəmiyyətli təşkilatlardan hesab olunur. Səhmdar cəmiyyəti respublikada aparılan genişmiqyaslı tikinti-quraşdırma, yenidənqurma işlərində yaxından iştirak edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyev dəfələrlə "Azəraqrartikinti" ASC-nin inşa etdiyi obyektlərdə olaraq inşaatçılarla göruşlərdə onların əməyini yüksək qiymətləndirərək tövsiyələrini veriblər. Son bir neçə ildə qurum tərəfindən Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası ədliyyə, müdafiə, mədəniyyət və turizm, səhiyyə, təhsil nazirliklərinin, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının və digər sifarişçilərin xətti ilə xeyli sayda müqavilə icra olunaraq başa çatdırılıb, yaxud icra olunmaqdadır. Fərəhləndirici haldır ki, icrası respublika rəhbərliyinin nəzarəti altında olan bir sıra vacib obyektlərdə işlərin aparılması da məhz "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti tərəfindən uğurla yerinə yetirilib. Son illər tikinti və yenidənqurma işləri "Azəraqrartikinti" tərəfindən başa çatdırılan və inşası davam etdirilən obyektlərə aşağıdakıları misal çəkmək kifayətdir.

Qeyd edək ki, 2013-cü il ərzində təhvil verilən obyektlərin də siyahısı zəngindir. Bu siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi elmi kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin inzibati binasının tikintisi başda dayanır. Göygöl şəhərinin, ətraf qəsəbə və kəndlərin sukanalizasiya sisteminin yenidən qurulması da görülən işlərdəndir. Qeyd olunan hər üç obyektin açılış mərasimində dövlət başçısı İlham Əliyev iştirak edib.

Goranboy şəhərinin, ətraf qəsəbə və kəndlərin sukanalizasiya sisteminin yenidən qurulması işləri də yekunlaşıb və bu günlərdə obyekt təhvil verilib. Şəki şəhərində 900 nəfərlik cəzaçəkmə müəssisəsinin tikintisi də görülən işlərdəndir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə Bərdə rayonunda məcburi köçkün soydaşlarımız üçün 3 ədəd beşmərtəbəli yaşayış binasının tikintisibaşa çatdırılıb.

İcrası davam etdirilən işlərə gəldikdə isə, bu siyahıya Müdafiə Nazirliyinin "Ələt-1" şəhərciyində 300 çarpayılıq hərbi hospitalın, Qaradağ rayonunun Umbakı qəsəbəsində 1500 yerlik cəzaçəkmə müəssisəsinin, Goranboy rayonunda hərbi hissənin tikintisi daxildir. Vergilər Nazirliyinin YevlaxŞirvan şəhərlərində ərazi vergilər idarəsi, Səbail və Xızı rayonlarında rayon prokurorluqları üçün inzibati binanın tikintisi, Kənd Təsərrüfatı Nazirliyi sistemində tikinti və yenidənqurma işlərinin aparılması da davam etdirilir.

Səhmdar cəmiyyəti Bakı şəhərinin Sabunçu, Suraxanı, Nizami və Nərimanov rayonlarında təhsil obyektlərinin tikinti və yenidən qurulmasında da yaxından iştirak edir. Göygöl rayonunda məcburi köçkün soydaşlarımız üçün 128 ədəd fərdi, Mingəçevir şəhərində isə 2 ədəd 9 mərtəbəli yaşayış evinin tikintisi də reallaşdırılan tədbirlərdəndir.

Qeyd olunanlarla yanaşı, səhmdar cəmiyyətinin kollektivi Bakı Metropoliteninin "28 May" stansiyasının yenidən qurulmasına və Səhiyyə Nazirliyinin professor Gendes adına respublika uşaq və yeniyetmələr üçün vərəm əleyhinə stansiyasının tikintisinə də öz imzasını həkk etməkdədir.

Göründüyü kimi, icra edilən işlərin həcmi ilə yanaşı, onun əhatə etdiyi sahələr və coğrafiyası da yetəcək qədər genişdir. Bu da heç bir mübaliğə olmadan haqqında bəhs olunan təsərrüfat subyektində çalışan insanların peşəkarlığından, sənətlərinə vurğunluqlarından irəli gəlir. İcra edilən işlərin keyfiyyəti, dünya standartlarının tələblərinə uyğunlaşdırılması isə inşaatçıların etibar qazanmalarına təsirini göstərib. Beləliklə də bir-birinin ardınca yeni layihələrin icrası sifarişçi təşkilatlar tərəfindən məhz onlara həvalə olunub.

 

Qabaqcıl texnologiyalar tətbiq edilir

 

Səhmdar cəmiyyətinin əsas məqsədi inşaat sahəsi üzrə dünyanın qabaqcıl ölkələrinin ən mütərəqqi və ən qabaqcıl texnologiyalarını, daha müasir material və avadanlığını prosesində tətbiq etməkdir. Bununla yanaşı, milli memarlıq ənənələrini qorumaqla estetik cəhətdən daha gözəl və baxımlı layihələri həyata keçirmək, beləliklə də müstəqil Azərbaycanın gündən-günə daha da gözəlləşməsinə öz layiqli töhfəsini verməkdir.

Son illər "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyəti bir sıra layihələrin icrasını müştərək şəkildə - İtaliyanın "Eleca", "İmpronta", Fransanın OTV şirkəti, Türkiyənin "Metabronz", Turan Xəzinədarlığı, PİM PROJE, ŞUKO, QRANİTAS şirkətləri, Rusiyanın "Foton" firması ilə, Almaniyanın "Rayzinq", PERİ, VİRTGEN şirkətləri və digər ölkələrin başqa tanınmış şirkətləri ilə birlikdə yerinə yetirib. Dünyanın öndə gedən şirkətlərinin ən müasir və qabaqcıl texnologiyaları, inşaat konstruksiyaları və materialları artıq cəmiyyət tərəfindən aparılan obyektlərdə geniş tətbiq olunur. Səhmdar cəmiyyətində kadrların bilik və bacarıqlarını təkmilləşdirmələrinə xüsusi fikir verilir. Bu məqsədlə vaxtaşırı seminarlar təşkil olunur, mütəxəssislər dünyanın qabaqcıl şirkətlərinin keçirdiyi treninqlərdə, inşaat sərgilərində fəal iştirak edirlər. Qazanılan təcrübə, heç şübhəsiz, həyata keçirilən layihələrdə lazımi səviyyədə tətbiq edilir. Bütün qeyd olunanlar isə hazırda SC-nin ən iri və mürəkkəb tikinti layihələrini reallaşdırmaq üçün güclü maddi-texniki bazayakadr potensialına malik olmasından xəbər verir.

Səhmdar cəmiyyətinin fəaliyyət istiqamətlərindən biri də dövlət başçısı İlham Əliyevin apardığı siyasətin mühüm prioritetlərindən olan işsizlik probleminin aradan qaldırılmasına, soydaşlarımızın məşğulluğunun yüksək səviyyədə icra olunmasına töhfələrini verməkdir. Bu baxımdan müəssisə ötən illər ərzində icrasına nail olduğu layihələr üzrə minlərlə soydaşımızın işlə təmin olunmasında öz sözünü deyib. Bu da, öz növbəsində, vətəndaşlarımızın maddi rifah halının yaxşılaşdırılmasına müsbət təsirini göstərməkdədir. Reallaşdırılan layihələrin daha çox ölkənin regionlarını əhatə etməsini nəzərə aldıqda, onun əhəmiyyəti daha da artmış olur.

Bir sözlə, qeyd olunanlardan çıxış edərək demək olar ki, dünya hər bir dövrdə yaxşı insanların çiynində olub. Bu baxımdan qurub-yaratmaq eşqi ilə yaşayan, daim cəmiyyətin inkişafında müstəsna xidmətləri olan inşaatçıların da bu sıranın başında dayanmaları təqdirəlayiq haldır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib".

 

* Heydər Əliyev Sarayında aparılan bərpa və yenidənqurma işləri;

* Tarix muzeyinin bərpası və yenidən qurulması;

* "Gülüstan" sarayında yenidənqurma işləri;

* Strateji Araşdırmalar Mərkəzi binasının bərpası və yenidən qurulması işləri:

* Hökumət evinin binasında aparılan təmir və bərpa işləri;

* Milli Məclisin binasında aparılan əsaslı təmir işləri;

* Ramana qəsəbəsində 160 ailəlik qəsəbənin tikintisi;

* Bakı şəhərində Milli Məclisin 15 mərtəbəli yeni inzibati binasının tikintisi;

* Bakı şəhərində Hesablama Palatasının inzibati binasının tikintisi;

* Bakı şəhərində R.Mustafayev adına İncəsənət Muzeyinin binasının tikintisi və yenidən qurulması;

* Bakı şəhərində Apelyasiya Məhkəməsi üçün inzibati binanın tikintisi;

* Ədliyyə Nazirliyinin inzibati binasında əsaslı təmir işləri;

* Şəki şəhərində 900 nəfərlik cəzaçəkmə müəssisəsinin tikintisi;

* Umbakı qəsəbəsində 1500 nəfərlik cəzaçəkmə müəssisəsinin tikintisi;

* Milli Elmlər Akademiyasının əsas binasında və institutlarında yenidənqurma və təmir işləri;

* Binəqədi rayonu ərazisində məcburi köçkün soydaşlarımız üçün 2 ədəd 9 mərtəbəli yaşayış evlərinin tikintisi;

* Goranboy və Ağcabədi rayonlarında məcburi köçkünlər üçün fərdi yaşayış evlərinin tikintisi;

* Bakının Masazır və Qaradağ qəsəbələrində, Mingəçevir, Bərdə, GoranboyYevlax şəhərlərində məcburi köçkün soydaşlarımız üçün yaşayış evlərinin tikintisi.

 

 

Əli SƏLİMOV,

Azərbaycan.-2014.- 17 iyul.- S.9.