Azərbaycanın sosial-iqtisadi inkişaf xətti özünü uğurla doğruldur

 

Uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Hakimiyyət cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirəndə xalqa layiqli xidmət məramını əsas tutmaqla ölkənin bütün resurslarını strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edə bilir. Bu baxımdan səmərəli və şəffaf idarəçiliyi hökumətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyev bu prinsipi daim önə çəkir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ötən 10 ildən artıq müddətdə görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə ictimaiyyətin məlumatlandırılmasını daim zəruri saymışdır. Bu cür hesabatlar ilk növbədə hər rüb üzrə əldə edilmiş iqtisadi nailiyyətlərin qiymətləndirilməsi, uğurların ictimaiyyətə çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, onların həlli yollarının tapılması baxımından səmərəli vasitəyə çevrilmişdir. Səmərəli, məqsədyönlü və praqmatik idarəetmənin bariz təcəssümü kimi Prezident İlham Əliyev xalq qarşısına daim yeni iqtisadi uğurlarla, inkişafı stimullaşdıran perspektivli layihələrlə çıxır. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu idarəetmə sistemi respublikanın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanlarımızın maddi rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

 

6 ayın yekunları iqtisadiyyatdakı yeni nailiyyətlərdən xəbər verir

 

Cari ilin son altı ayının sosial-iqtisa

di yekunları Azərbaycanın iqtisadi cəhətdən getdikcə daha qüdrətli bir ölkəyə çevrildiyini göstərir. Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarımilində ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes investisiya mühitinin formalaşdırılması digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Təbii ki, bu müsbət tendensiyanı şərtləndirən əsas amil ölkə iqtisadiyyatının bütün sahələrində dinamik artımın olmasıdır. Elə bu məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıdığını yenidən bariz şəkildə təsdiq edir. İlin əvvəlindən Azərbaycan iqtisadiyyatı 2,1 faiz artıb. Hazırda dünyada hələ davam edən maliyyə-iqtisadi çətinlikləri nəzərə alanda ölkəmizdə iqtisadiyyatın artımı olduqca qürurverici haldır.

Bu artımda diqqəti çəkən mühüm cəhət isə ondan ibarətdir ki, 6 ayın yekunu ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü tam doğrultduğunu konkret faktlar əsasında meydana çıxarır. Çünki hesabat dövrü ərzində qeyri-neft sahəsinin inkişaf səviyyəsi neft sektoruna nisbətdə yenə yüksəlib. Bütün bunlar Azərbaycanın seçdiyi inkişaf yolunun tam düzgün olduğunu, zamanın tələblərinə cavab verdiyini, ölkənin qazandığı uğurların miqyasının daha da genişlənməsinə xidmət etdiyini, iqtisadi islahatların düzgün aparıldığını göstərir. Hazırda Azərbaycanın qeyri-neft sektorunda inkişaf 7 faiz səviyyəsindədir bu özlüyündə olduqca müsbət göstəricidir. Artıq qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır.

İyulun 10-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi  inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bununla bağlı deyib: "Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır".

Bütövlükdə bu ilin birinci yarısının yekunları Azərbaycanın davamlı iqtisadi inkişafı üçün möhkəm əsasların yaradıldığını, ölkəmizdə makroiqtisadi sabitliyin uğurla qorunduğunu tam qətiyyətlə deməyə əsas verir. Belə ki, son illər maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb hesabat dövrü ərzində ölkəmizdə ümumi daxili məhsulun səviyyəsi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

 

Əldə edilən nailiyyətlər sosial sahədə müsbət təsirini göstərir

 

Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin diqqət qayğısının nəticəsidir ki, əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı məsələlər bu ilin birinci yarısında da prioritet vəzifələrdən biri olaraq qaldı. Ötən dövrlərdə olduğu kimi, bu ilin birinci yarısında da iqtisadi sferada yaşanan inkişaf əldə edilən nailiyyətlər əhalinin maddi rifah halının yüksəlməsinə öz töhfəsini verərək bu sahədə vəziyyətin daha da yaxşılaşmasına səbəb olub. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, cari ilin yanvar-may ayları ərzində ölkəmizdə orta aylıq əməkhaqqı təxminən 6,5 faiz artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 431 manat, yəni 550 dollar səviyyəsindədir. Bu ondan xəbər verir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqamlardan biri insanların yaşayış səviyyəsinin daha da yüksəlməsinə, maddi gəlirlərinin artan xətt üzrə inkişafına xidmət edir.

Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatmışdır. İlin əvvəlindən əhalinin gəlirlərinin artması da davam etmiş ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artmışdır. Daha bir önəmli faktor ondan ibarətdir ki, uğurla reallaşdırılan iqtisadi siyasət ölkəmizdə inflyasiya göstəricisinin bir sıra xarici dövlətlərdə olduğu kimi iki rəqəmlə ifadə olunmasına imkan vermir. Hesabat dövrü üçün inflyasiyanın cəmi 1,6 faiz təşkil etdiyi nəzərə alınarsa, onda əhalinin pul gəlirlərinin artım sürətinin daha çox olduğu aydın görünər. Bütün bunlar belə bir reallığı təsdiq edir ki, əhalinin pul gəlirlərindəki artım dinamikası ümumi iqtisadi inkişaf fonunda yüksək səviyyədə olub. Nazirlər Kabinetinin iclasında sosial məsələlərdən söz açıldı nikbinlik ifadə olundu. Cənab Prezidentin qeyd etdiyi kimi, əhalinin pul gəlirlərinin inflyasiyanı 3 dəfə üstələməsi istənilən ölkə üçün ən arzu olunan balansdır bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə bu templəri ilin sonuna qədər saxlayacağımıza ümid verir.

Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin artımı fonunda Azərbaycanda yerlərinin bağlanması kimi mənfi meylin olmaması   əksinə, bu ilin əvvəlindən 65 min yeni yerinin açılması, Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına aid edilməsi, ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun  səviyyəsinin minimuma endirilməsi digər bu kimi məsələlər dövlətin sosial siyasətinin uğurlarından xəbər verən əsas göstəricilərdi.

Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinin məntiqi nəticəsidir. Məhz ulu öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevirmiş, regionda liderlik mövqeyini təmin etmişdir. Ulu öndərin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev iqtisadi siyasətdə ümummilli lider Heydər Əliyevin kursuna sadiqdir. Çünki bu kurs inkişaf etmiş cəmiyyətlərin qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, maliyyə sabitliyinin iqtisadi artımın qorunub saxlanmasına, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 17 iyul.- S.10.