"Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 fevral tarixli 64 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 216                   Bakı şəhəri, 3 iyul 2014-cü il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər kabineti qərara alır:

1. "Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 fevral tarixli 64 nömrəli qərarının 1-ci hissəsində "1,1 manat" sözləri "1,65 manat" sözləri ilə əvəz edilsin.

2.Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 18 iyul.- S.1.