Azərbaycan Respublikasının Prezidenti yanında Bilik

 Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsi"nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilsin:

Abdullayev Kamal Mehdi oğlu

Ələkbərov Urxan Kazım oğlu

Əmiraslanov Əhliman Tapdıq oğlu

Həsənli Sabir Hüseyn oğlu

Nemətov  Azərpaşa Zəfər oğlu

Qafarova Sahibə Əli qızı

Qurbanlı Mübariz Qəhrəman oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 18 iyul  2014-cü il

Azərbaycan.-2014.- 19 iyul.- S.1.