Malayziyanın Baş naziri Zati-aliləri cənab DatoSri Mohd Nacibə

 

Hörmətli cənab Baş nazir,

Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 iyul 2014-cü il.

Azərbaycan.-2014.- 19 iyul.- S.1.