6. Siyasi sistemdə yeni konfiqurasiya:

 istinadgah Heydər Əliyev kursudur

 

Demokratik inkşafın Azərbaycan nümunəsi

 

"Milli lider həyatdan getsə də, onun siyasi xətti institusionallaşır - siyasi idarəçilik nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə, milli quruculuğun nəzəriyyə və təcrübəsinə çevrilir. Daha dəqiq deyilsə, "əbədiyaşar milli quruculuq elmi" zirvəsinə yüksəlir. Hər gələn nəsil yenidən və yenidən bu siyasi irsi öyrənməli olur. Onların həyatda ən böyük nailiyyəti kimi yeni dövlətçilik, müstəqil respublika, yeni Konstitusiya, əvvəlki heç bir idarəçilik formasına bənzəməyən MİLLİ QURUCULUQ yolunun siyasi fəlsəfəsi sonrakı nəsillərə nemət və irs kimi qalır.

Buna görədir ki, Heydər Əliyev aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, bizdən öndə addımlayır, yaşayır".

 

Akademik Ramiz MEHDİYEV

 

Bu gün müxalifət, əslində, imitasiya - "müxalifətçilik oyunu" ilə məşğuldur. Öz gərəksizliyini anlayanpassiv mövqeyə keçən, amma sivil təfəkkürlü müxalifətin gərəkliyini heç vəchlə qəbul etməyən funksionerlər hər bir yeniləşmə meylinin qarşısını alırlar. 26 il öncə Ə.Vəzirovun Azərbaycan siyasətinə sırıdığı bu laborantların hər biri bu gün siyasi inhisarçıya çevriliböz qruplaşmasında hakimi-mütləqliyini heç kəsə güzəştə getmək niyyətində deyil.

 

Müxalifətçilik imitasiyası

 

Məsələn, Müsavatda başqan seçkiləri ilə bağlı artıq 5 ilə yaxındır müzakirələr gedir. Öz postunu tərk etmək niyyətində olmayan partiya rəhbəri neçə ildir qurultayı ən gülməli bəhanələrlə təxirə salır. Bir dəfə qurultaya ayrılan zalın tavanı xoşlarına gəlmir, növbəti dəfə rəyasət heyətindəki kürsüdən narazı qalırlar. bu müzakirələr nəticə etibarilə təşkilatda tam qeyri-ciddi siyasi ovqat yaradıb. İndi partiyanın rəhbəri yalnız futbolla bağlı proqnozlar verir (və həmişə olduğu kimi, yanılır), ancaq idman və mədəniyyət mövzularını şərh edir. Müsavatda yeniləşmənin tərəfdarı olan, başqanlığa alternativ namizədlərinin olduğunu deyən qruplar partiya rəhbərliyi tərəfindən təqiblərə məruz qalır, onlara susmaları üçün böyük təsirlər göstərilir. Təşkilatın gəncləri arasında bir müddət əvvəl baş vermiş ciddi qarşıdurma və onların bir qisminin Müsavatdan qovulması partiyada gənclərin real durumunu aydın göstərir. AXCP sədri isə artıq fəaliyyətini qəzet redaktorluğuna transfer edərək, sosial şəbəkələrə aludə olub.

Ümumiyyətlə, virtual aləmə qapılan müxalif liderlər real həyatdan və siyasi gerçəkliklərdən tamamilə uzaqlaşıblar. Müxalif təşkilatlarda siyasi mövzularda müzakirələr aparılmır. Hətta partiyalar iki-üç aylıq tətilə belə çıxırlar. Əslində, mövcudluqları ilə fəaliyyətsizliyi əsla fərq etməyən müxalifət artıq görüntü xatirinə də "fəallıq" təəssüratı yaratmır. Son 20 ildə ciddi sarsıntılara, kütləvi istefalara məruz qalan müxalifət partiyaları tədricən sıradan çıxır. Beş-altı üzvü olan təşkilatlar indi onlardan qismən fərqlənən AXCP və Müsavat arasında reverans etməklə məşğuldurlar.

Öz partiyaları daxilində olan tək-tük gəncə belə qısqanclıqla yanaşan bu rəhbərlər ümumilikdə müxalif cinahda yeni dalğa başlayarkən, hər hansı bir gənclik qruplaşması özünü büruzə verərkən dərhal hərəkətə keçir, onlara qarşı qarayaxma, gözdənsalma kampaniyaları aparırlar. Bunu ən azından "Real" adlanan və əsasən, gənc siyasətçilərdən ibarət azsaylı bir qurumun timsalında da müşahidə edirik. Bu təşkilatı ilk gündən hədəfə alan ənənəvi müxaliət liderləri "Real" rəhbərinin iğtişaşlarda iştirakına görə həbsə alınmasını böyük sevinclə qarşılayıb, onun barəsində susmağa üstünlük verir. Amma "Real"ın daxilində ən kiçik anlaşılmazlıq yaranan kimi onun artıq dağıldığını dərhal bəyan edib, buna səhifə-səhifə yazılar həsr edirlər. Bu kimi misalları istənilən qədər artırmaq olar.

Müxalifət rəhbərlərinin inhisarlarına aldıqları bir mövzu ilə bağlı da, fikrimizcə, ən dolğun münasibəti, ən obyektiv təhlili məhz Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bildirir: "Bizim narazılara xas olan səciyyəvi bir xüsusiyyətə diqqət yetirməyə bilmərəm. Onlar bir fikirdən heç cür əl çəkə bilmirlər ki, guya həqiqi demokrat olmaq yalnız onlara xasdır, başqa heç kimə. Artıq neçə ildir ki, bu insanlar özlərini siyasi qüvvələrin demokratik cinahının nümayəndələri adlandırır, hərçənd, onların mövqelərində həmişə demokratiyaya diametral əks olan xüsusiyyətlər və keyfiyyətlər üzə çıxır. "Demokrat" anlayışını gözdən salmamaq üçün onların özlərinə obyektiv qiymət verməsinin vaxtı çatıb. Əgər Azərbaycan müxalifətçilərinin hərəkətlərinə hamılıqla qəbul edilmiş normastandartlar prizmasından nəzər salsaq, demokratiyanın təntənəsindən deyil, onun sosial xəstəliklərindən danışmaq üçün hər cür əsas var".

Bu gün müxalifətçilik ənənəvi düşərgə üçün mənfəətli gəlir mənbəyidir. Partiyalar arasında mütəmadi olaraq qızışan savaşların da əsas katalizatoru məhz maliyyə mənbələri olur. Son 20 ildə bir-birlərini xəyanətdə, casusluqda, əxlaq naqisliyində belə ittiham edən müxalif düşərgə vahid mövqedən çıxış etmək imkanını da əldən verib.

Müxalifət daxilində bu gün ideya ətrafında, vahid amal və məqsədlər uğrunda birlik yoxdur. Son 20 ildə "Demkonqres"dən SİDSUH-a, DUH-dan "Böyük Azərbaycan"a, YES-dən "Azadlıq"a, "Milli Şura"yadək nə qədər birgə əməkdaşlıq qurumları təsis edilsə də, onların ömrü ən yaxşı halda cəmi 6 ay sürüb. Müxalifət özünü birlik formatına əsla uyğun görmür, bunu heç arzulamır da.

Son 21 ildə müxalifət sıraları artmayıb, davamlı şəkildə seyrəlib. Bu düşərgəyə qoşulanlar isə yalnız hakimiyyətdən qovulankorrupsiya, vəzifə səlahiyyətlərini aşma cinayətlərinə görə məsuliyyətə cəlb olunan keçmiş məmurlar olub. Bu buqələmunlar müxalifət düşərgəsində siyasi reabilitasiya keçməyi arzulasalar da, bunun üçün xeyli vəsait xərcləsələr də, təbii ki, elə müxalifətin özü kimi birdəfəlik tarixin arxivinə gömülüblər.

 

Siyasi sistemin yenilənmə zərurəti

 

"Çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar. O qüvvələr ki buna sadiq deyil, o qurumlarda yeniləşmə getməlidir. Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş "liderlər" tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu, hələ ki, axıra qədər dərk etməmişlər", - Prezident İlham Əliyevin bu qənaəti Azərbaycan müxalifətinə verilən ən düzgün ümumiləşdirilmiş qiymət və onun problemlər girdabından qurtulması üçün ən uğurlu "reseptdir".

Müxalifətin müasir mübarizə metodlarını mənimsəməkdən yayınması, siyasi məramlarını dövlət və xalq mənafeyinə uyğunlaşdırmaqdan çəkinməsi, təşkilatlarında islahatlar aparmaqdan imtinası, yeniləşmə tərəfdarlarını təcrid etməsi, elektorat üçün əsaslandırılmış ideyalar irəli sürməməsi bu düşərgənin tam iflasını sübuta yetirir, onların Prezidentin dediyi kimi, tarixin arxivindən bir daha reabilitasiya olunmayacaqlarını  göstərir.

Azərbaycanın demokratikləşmə və siyasi sistemin təkmilləşmə proseslərinə ən böyük zərbə məhz bu köhnə təfəkkürlü müxalifətdən gəlir. Siyasi sistemin iki sütunundan biri olan müxalifətin, demək olar ki, əməli fəaliyyətdə mövcud olmaması, ictimai həyata zərrə qədər də təsir göstərməməsi cəmiyyətdə fərqli baxışların, alternativ düşüncənin formalaşmasına da maneə yaradır. Və ən təqdirəlayiq hal odur ki, bu məsələni problem kimi məhz Azərbaycan hakimiyyətinin özü görürbunu çəkinmədən bəyan edir.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ölkədə Azərbaycanın maraqlarının ifadəçisi olan ciddi müxalifətin olması vacib şərtdir. Dövlət başçısının fikrincə,  cəmiyyətdə həqiqi tənqidçi mövqeyin, obyektiv müxalifətçi fəaliyyətin, alternativ təşəbbüslərin mövcudluğu iqtidarın özü üçün də lazımdır. Bunlar olduqda, hakimiyyət cəmiyyətin bütün zümrələrinin nəbzini tuta biləcək, müxtəlif təbəqələrin arzu və istəklərini eşidə biləcək.

İqtidar güclü müxalifətin mövcudluğundan nəinki narahat olur, əksinə, onun fəaliyyətini ümummilli proseslərin realizasiyasında ən vacib şərtlərdən biri kimi qəbul edir. Hakimiyyət Azərbaycanda həyata keçirilən islahatların gedişində fərqli münasibəti, yeni təklifləri görmək, bilmək niyyətindədir və bu baxımdan da özünə güclü, obyektiv, nüfuzlu siyasi opponent istəyir.

Dünyada müxalifətçilik missiyası ilə bağlı qəbul edilən sivil, müasir, modern tələblərə uyğun müxalifətin ölkəmizdə yaranması və fəaliyyətini genişləndirməsi, şübhəsiz ki, məhz siyasi opponentliyini bildirən düşərgənin özündən asılıdır. Bu cinahda yeni siyasi təfəkkürə yiyələnən, "davakar çayxana" stereotiplərindən uzaq olan, siyasi intriqalardan qaçan, siyasi istinadgah kimi xarici təsirləri deyil, məhz xalqı seçən qüvvələr əgər mövcuddursa, onlar təşəbbüsləri üzərlərinə götürməli, yeni növ təşkilatlanma mexanizmləri ilə istəklərini büruzə verməlidirlər.

Ümumiyyətlə isə, Azərbaycanın malik olduğu inkişaf tendensiyası və cəmiyyətdə siyasi şüur səviyyəsinin sürətli yüksəlişi gələcək siyasi sisteminciddi təshihini zəruri edir. Həmçinin mövcud siyasi konfiqurasiyanın dəyişməsini, yəni opponentlərin Azərbaycanpərəst və antiazərbaycançı qüvvələrə bölünməməsini şərtləndirir. Yeniləşən siyasi sistemdə bütün qüvvələr azərbaycançı mövqedə durmalı, Qərbdən Şərqədək bütün sivil dünyada olduğu kimi, yalnız dövlət və millət maraqlarından çıxış etməlidirlər.

Bu prosesin necə həyata keçiriləcəyi barədə düşünərkən, araşdırma apararkən "Amerika kəşf etməyə" ehtiyac da yoxdur. Hər şey təbii axarı ilə gedərək, dövlətçiliyimiz gücləndikcə onun siyasi sistemi də, digər ölkələrdə olduğu kimi, konkret siyasiideoloji məcrada təkmilləşəcək.

 

Yüksələn ictimai şüurmüasir dövrün siyasi çağırışları

 

Bu gün məmləkətimizdə Heydər Əliyev siyasi kursunun Azərbaycanın dövlətçilik ideyasına - müstəqilliyimizin və davamlı inkişafımızın yeganə təminatçısı olan siyasi xəttə çevrilməsi prosesi gedir. Bu, öz təbii axarı ilə baş tutur, prosesdə heç bir inzibati təsir, yaxud da məqsədli təbliğat və təşviqat kampaniyası yoxdur. Sadəcə, qeyd etdiyimiz kimi, əvvəla,  müstəqilliyimizin və davamlı inkişafımızın təminatçısı olacaq başqa bir ideya yoxdur, ikincisi isə, bu ideya özünü real həyatda tam olaraq doğruldub, xalqın birmənalı seçimi kimi formalaşıb.

Tarixsübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən ilk növbədə onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər. Hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur. Tarixdən çox misal gətirmək mümkündür. Məsələn, ABŞ bu ölkənin "bani atalar"ının və İstiqlaliyyət Bəyannaməsinin müəlliflərinin önə çəkdiyi prinsipləri artıq üç əsrdir əsas götürür. Hindistan Mahatma Qandinin müəyyənləşdirdiyi ideoloji prinsiplərə söykənərək davamlı inkişafdadır. Mao TszedununDen Syaopinin əsasını qoyduğu "iqtisadi inqilab" Çinin hazırkı uğurlarına, dünyanın ən böyük fövqəlgücünə çevrilmə məramına ciddi təminatdır. Türkiyə Cümhuriyyəti məhz Mustafa Kamal Atatürkün ideyaları əsasında əbədiyaşarlıq qazanır və bu prinsiplərin dəyişməzliyi türk xalqının, ümumiyyətlə, müzakirə mövzusu deyil.

Biz azərbaycanlılar üçünsə belə lider məhz Heydər Əliyevdir. Heydər Əliyev irsinin tək tədqiqatçısı yox, həm də bu irsin elmi araşdırma əsaslarının yaradıcısı, istiqamətvericisi olan akademik Ramiz Mehdiyevin bu fiikrləri ulu öndərin Azərbaycan tarixindəki iştirakını və yerini müfəssəl göstərir: "İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursunmilli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın".

XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyevin müdrikliklə hazırladığı yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib. Ümummilli lider ilk növbədə Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya halına gətirib, dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqın və dövlətin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirib.

Heydər Əliyev kursu Azərbaycanın hələ uzun onilliklər boyu tərəqqisini təmin edəcək, ölkədə sülhün və vətəndaş həmrəyliyinin əsasını formalaşdıracaq, məmləkətimizin regional gücdən qlobal nüfuz sahibinə keçidinə şərait yaradacaq.

Şübhəsiz ki, bu kurs yalnız sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Bu amil həm də siyasi məzmunludur və məhz siyasi sistemin təkmilləşməsi, müasirləşməsi, modernləşməsi prosesində də əlahiddə təsiri ilə iştirak etməlidir. Konkretləşdirsək, necə ki ABŞ-da məlum iki partiya üçün "bani atalar"ın siyasi xətti və federalçılıq konsepsiyası, yaxud Türkiyədə bütün partiyalar üçün Atatürkün dövlətçilik irsi siyasi fəaliyyətlərdə istisnasız siyasi istinad mənbəyidir, eləcə də Azərbaycanda Heydər Əliyev kursu bütün siyasi partiyaların, qrup təsisatlarının fəaliyyət amalına, əsaslandığı ideyaya, təmsilçisi olduğu siyasi görüşə çevrilməlidir.

Nəzərə alaq ki, Heydər Əliyev kursu müstəqilliyin və davamlı inkişafın təminatçısıdır. Bu kursun siyasi miqyasını yalnız bir partiyanın, açıq desək, ancaq Yeni Azərbaycan Partiyasının fəaliyyət müstəvisində məhdudlaşdırmaq olmaz. Sevindirici haldır ki, artıq ölkə siyasətində Heydər Əliyev dövlətçilik kursunu özünə əsas siyasi meyar seçən partiyalar varonlar heç də YAP-ın yedəyində getmir.

Əksinə, hakim təşkilatın mövqeyini də, hətta Prezidentin fəaliyyətini də geniş miqyasda tənqid edir, narazılıqlarını aşkar bildirirlər. Ancaq dövlətçiliyə aid məsələlərdə birmənalı olaraq azərbaycançı mövqedən çıxış edir, Heydər Əliyevin ən böyük əmanəti olan müstəqilliyə sahib çıxaraq, Prezidentə və siyasi kursa bu mərhələdə dəstəklərini bəyan edirlər. Yəni siyasi müxalifətçilik dövlətə və xalqa müxalifətçiliyə çevrilmir. Beləliklə də Azərbaycanda konstruktiv müxalifətçilik, obyektiv alternativ təşəbbüsçülük missiyasına yiyələnən qüvvələr, partiyalar formalaşır.

Qarşıdakı illərdə bu tendensiya daha da geniş miqyas almalı, siyasi təşkilatlar birmənalı şəkildə azərbaycançı qüvvələrdən təşkil edilməli və siyasi sistem də ən doğru irsə - Heydər Əliyev kursuna əsaslanan partiyalardan ibarət olmalıdır. Gələcək dövrdə partiyaların iqtidar və müxalifət mövqeyində fərqlənməsi, bir-birləri ilə kəskin siyasi mübarizələri yalnız bir məramda vəhdət təşkil etməlidir: Azərbaycanın maraqları və Heydər Əliyev dövlətçilik kursuna əsaslanmaq.

Biz qardaş Türkiyənin siyasi mənzərəsində bunun uğurlu analogiyasını görür və dövlətin məhz bu sistem əsasında möhkəmlənməsinə şahid oluruq. Siyasi təhlilçilər, ekspertlər artıq bu mövzuda müzakirələrə başlamalı, partiyalarsiyasi qruplar düzgün ideya məramlarını müəyyənləşdirməlidirlər. 

Azərbaycanın bu uğura da imza atacağına əminliyi yaradan əsas amil isə xalqın yüksələn ictimai şüurumüasir dövrün siyasi çağırışlarıdır.

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 19 iyul.- S.5.