Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət ( görülməsi, xidmət göstərilməsi) Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 233             Bakı şəhəri, 16 iyul 2014-cü il

 

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə 288; 1999, ¹ 1, maddə 48; 2001, ¹ 1, maddə 74; 2003, ¹ 7, maddə 390; 2004, ¹ 3, maddə 193; 2009, ¹ 1, maddə 32; 2010, ¹ 3, maddə 264) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət ( görülməsi, xidmət göstərilməsi) Qaydaları"nın 66-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci abzas ləğv edilsin.

2. İkinci abzasda "aktlar" sözü "akt" sözü ilə əvəz edilsin.

3. Üçüncü abzasda "müvafiq sərəncam və xidməti vəsiqə" sözləri "xidməti vəsiqəni, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 22 iyul.- S.3.