Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 237             Bakı şəhəri, 16 iyul 2014-cü il

 

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 121; 2006, ¹ 1, maddə 59; 2009, ¹ 1, maddə 32, ¹ 10, maddə 846; 2010, ¹ 1, maddə 49; 2012, ¹ 2, maddə 183; 2013, ¹ 6, maddə 738; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddə 201) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 8.34-cü bəndin birinci abzasına aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkaraya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.".

2. 10.18.9-cu, 11.14.9-cu və 12.15.8-ci yarımbəndlərə "xidməti vəsiqələri" sözlərindən sonra ", nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı" sözləri əlavə edilsin.

3. 10.18.10-cu, 11.14.10-cu və 12.15.9-cu yarımbəndlərdən "səlahiyyətli nümayəndələrinin" sözləri çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 22 iyul.- S.3.