Azərbaycan”ın bayram təbriki

 

Bu gün Azərbaycanın milli mətbuatının yaranmasının 139-cu ili tamam olur. Azərbaycan jurnalistikasının keçdiyi şərəfli keşməkeşli yol məhz 1875-ci il iyul ayının 22-dən – “Əkinçiqəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gündən başlanır. Təsadüfi deyil ki, Azərbaycan jurnalistləri bu günü öz peşə bayramları kimi qeyd edirlər.

Geniş mənada götürdükdə bu möhtəşəm tarix bütün xalqın bayramıdır. Çünki mətbuat ölkənin, dövlətin, xalqın keçmişinin, bugünkü həyatının güzgüsüdür. O, hər gün hər bir vətəndaşın həyatına daxil olur, insanları yaşadıqları dövr, ətrafda baş verən hadisələr haqqında məlumatlandırır.

Adətən hər il 22 iyul günü, hətta bundan xeyli əvvəl jurnalist kollektivlərini, ayrı-ayrı qələm sahiblərini öz oxucuları təbrik edirlər. Rəsmi dövlət qəzeti, Milli Məclisin orqanıAzərbaycan”ın redaksiyasında isə bu gün həmin ənənəyə yeni bir çalar da əlavə olundu. Qəzet özünün ən fəal müəlliflərini, onunla sıx yaradıcılıq əməkdaşlığı edən iri təşkilatların mətbuat xidmətində çalışan həmkarlarının bayramını təbrik etdi.

Artıq müəllifin öz əlyazmasını götürüb xeyli vaxt itirərək redaksiyaya gəldiyi, yaxud yazdıqlarını zərfə qoyub göndərdiyi zamanlar arxada qalıb. İndi elektron ünvanlar var, axı. Ona görə qəzetin ən fəal müəlliflərinin dəvətlə redaksiyaya gəlməyi, bir gün jurnalistlərlə eyni ab-havada yaşamağı, sıx əməkdaşlıq etdikləri bu yaradıcı insanlarla söhbətləşməyi, fikir mübadiləsi aparmağı yerinə düşdü. Azərbaycan”çılar qəzetin fəal müəlliflərini əliboş qarsılamadılar. Onlardan 12 nəfəriAzərbaycan”la səmərəli, fəal operativ əməkdaşlığa, milli mətbuatın inkişafına verdiyi töhfəyə görə qəzetin təsis etdiyi diploma layiq görüldülər. Bu münasibətlə qəzetin Mətbuat tarixi muzeyində tədbir düzümləndi.

Azərbaycanqəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək mətbuatımızın tarixindən söhbət açdı, hazırdaƏkinçi”nin ənənələrininAzərbaycanqəzeti tərəfindən uğurla davam etdirildiyini vurğuladı:

- Bu gün Azərbaycan mətbuatının qarşısında duran ən böyük problemlərdən biri peşəkarlıq məsələsidir. Biz redaksiya daxilində əsl peşəkarlar yetişdirməyə çalışırıq. Peşəkar jurnalistin yetişməsi isə uzun çətin prosesdir. Hər bir yazının hasilə gəlməsi üçün qədər enerji sərf edilir. Çətinliklər çəkmək, müxtəlif fikirləri söz donuna geyindirib sistemli, süjetli, oxunaqlı şəkildə kağıza köçürmək asan deyil. Amma bu vacibdir, vətənə, xalqa xidmətin bir yoludur. Bütün bunlardan əlavə biz çalışırıq ki, qəzetin ətrafına öz sahələrinin biliciləri, həmçinin qələm işlətmək istedadına malik olan insanları cəlb edək. Buna da əksər hallarda nail oluruq. İkinci məsələ odur ki, biz qəzetçilərin çətinliklərindən biri ilkin mənbədən faktları əldə etmək, dəqiq, operativ informasiya almaq onları oxuculara çatdırmaqdır. Bu işdə isə bizə müxtəlif təşkilatların mətbuat xidmətləri kömək edirlər. Burada da peşəkarlıq lazımdır. Çünki mətbuat xidmətlərində məhz peşəkarlar çalışanda onlarla işləmək asan səmərəli olur.

Baş redaktor Bəxtiyar Sadıqovundəyirmi masaarxasında əyləşmiş qonaqlarahəmkarlardeyə müraciət etməyi heç təsadüfi deyildi. Çünki məhz onlaröz sahəsinin yüksək ixtisaslı mütəxəssisləri, görkəmli alimləri olan, eləcə dövlətin aparıcı strukturlarının mətbuat xidmətlərində çalışan bu insanlar Azərbaycanın müasir sosial-iqtisadi yüksəlişini, məqsədyönlü daxili xarici siyasətini, Prezident İlham Əliyevin həyata keçirdiyi nəhəng işləri, göstərişlərinin yerinə yetirilməsini xalqa anlaşıqlı, ətraflı çatdırmaqda bizə əsl dəstəkçidirlər. Axı bir sıra mövzular var ki, onlar əhatə etdikləri sahə haqqında tam, dolğun məlumat çatdırmaq üçün dərin təhlilə ehtiyac duyurlar. Bugünkü inkişafı, tərəqqini insanlara anlaşıqlı çatdırmaqda da təfəkkürlü anlayışa, təfəkkürlü sözə tələbat çoxdur.

Belə söz sahiblərindən, “Azərbaycan”ın səhifələrində tez-tez imzası görünən bu gün qəzetin diplomunu alan müəlliflərdən biri Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur. Vaxtının az olmasına baxmayaraq, qəzet üçün çox maraqlı yazılar hazırlayır. Onun hər çıxışında yazıçı yanaşması, əsaslı faktlar, dövlətçilik, dövlətin maraqları öz əksini tapır həm müəllifə, həm qəzetə hörmət qazandırır.

Qəzetin digər fəal müəllifi professor Müşfiq Atakişiyevdir. Ölkədə aparılan iqtisadi islahatlar, regionların inkişafına yönəldilən dövlət proqramlarının necə yerinə yetirilməsi, sahibkarlığın inkişafı bir çox digər məsələlərin elmi iqtisadi təhlili məhz Müşfiq müəllimin iqtisadçı alim qələminin süzgəcindən keçir.

Əməkdar jurnalist Yusif Kərimov isəAzərbaycan”ın oxucularının diqqətini öz oxunaqlı məntiqli publisistikası ilə cəlb edib. Yusif müəllim gözəl qələm sahibidir. Uzun illərdir jurnalistika, publisistika bədii söz sahəsində qələm çalır. O, həm Azərbaycan jurnalistlərinin böyük bir dəstəsinin ustadı, qəzetin bilavasitə hazırlandığı məkandaredaksiyalarda müəllimi olub. Qələmi bu gün əlindədir ən yaxşı, ən aktual yazılarınıAzərbaycan”a təqdim edir.

Azərbaycanqəzetinin diplomu ilə təltif olunan iqtisad elmləri doktoru Qüdrət Kərimov, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva yeddi strukturun mətbuat xidmətinin rəhbərinin redaksiya ilə əməkdaşlığı yüksək dəyərləndirildi. Milli Məclisin mətbuat katibi Akif Nəsirov, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov, İqtisadiyyat Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin ünvanına redaksiya ilə səmərəli əməkdaşlıq əlaqələri yaratdıqları üçün xoş sözlər deyildi. Eləcə Rabitə Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti rəhbərləri Müşfiq Əmirov, Məhərrəm Səfərli Əmrah Cəfərova redaksiyanı dəqiq operativ məlumatlarla mütəmadi təmin etdikləri üçün təşəkkür bildirildi.

Bir daha qeyd edildi ki, bu gün diplomla təltif olunanlar mətbuatı qəlbən sevən, öz istedadları bilgiləri iləAzərbaycanqəzetinə bacardığı qədər kömək göstərən insanlardır onlara gələcək işlərində, yaradıcılıqlarında müvəffəqiyyətlər arzu edildi.

Diploma layiq görülənlər bunu onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdilər. Azərbaycan”ın ölkənin baş qəzeti olduğunu vurğulayaraq onunla əməkdaşlıq etməkdən qürur məmnunluq duyduqlarını bildirdilər. Dövlətimizin, dövlətçiliyimizin maraqlarının keşiyində dayandığı üçün bu qəzet oxucuların ruhuna çox yaxındır” – dedilər.

İqtisadiyyat Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev ən vacib məlumatlarıAzərbaycanqəzetində dərc etməyə üstünlük verdiklərini bildirdi. Ümumiyyətlə, çalışdığı sahədə oxucuların ən dəqiq məlumatları məhz bu qəzetdə axtardıqlarını tapdıqlarını söylədi.

Əməkdar jurnalist Yusif Kərimov yaxşı qəzetin həmişə işıq, nur mənbəyinə bənzədildiyini xatırlatdı. O, “Azərbaycanqəzetinin həmçinin müəlliflərlə əməkdaşlıq əlaqələri yaratmaq, öz ətrafına müxtəlif sahələrdə çalışan müəllifləri toplamaq təcrübəsini təqdirəlayiq hesab etdi.

Milli Məclisin mətbuat katibi Akif Nəsirov dedi: “On ildən sonra, yüz ildən sonra Azərbaycanın bugünkü hərgünkü siyasi xəritəsinə nəzər salmaq istəyənlər onun əsl mənzərəsiniAzərbaycanqəzetində görəcəklər. Çünki onu ən geniş dəqiq formada ictimaiyyətə çatdıranAzərbaycanqəzetidir. Qəzet, eyni zamanda inkişafımıza mane olan neqativ halları, bir sıra mətbuat orqanlarında, televiziya kanallarında olan çatışmazlıqları da cəsarətlə göstərir. Azərbaycanhəm insanlarla ünsiyyət qurmağı bacaran qəzetdir. Onun ətrafında bacarıqlı müəlliflərin toplanması, müxtəlif təşkilatların mətbuat xidmətlərinin qəzetlə sıx əməkdaşlığı da məhz bu ünsiyyətin bəhrəsidir”.

Sonda qonaqlara hədiyyə - “Azərbaycanqəzetinin nəşr etdiyi kitabların dəsti təqdim edildi. Fotomüxbirimiz bu görüşün ən xoş anlarını obyektivə aldı.

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 22 iyul.- S.5.