"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 251                   Bakı şəhəri, 16 iyul 2014-cü il

 

 

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 1, maddə 46)aşağıdakı dəyişikliklər edilsin:

1. Adında, 1-ci hissədə "müfəttişlərinin" sözü "orqanlarının" sözü ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "Dövlət baytarlıq müfəttişlərinin möhürləri və onların istifadə edilməsi Qaydaları" üzrə:

2.1. adında, 2.1-ci, 2.3-cü, 2.4-cü və 3.2-ci bəndlərdə  ismin müvafiq hallarında "müfəttişlər" sözü ismin müvafiq hallarında "orqanlar" sözü ilə, 2.2-ci bənddə "Müfəttişinin" sözü "Orqanının" sözü ilə və 3.5-ci bənddə "müfəttişi" sözü "orqanı" sözü ilə əvəz edilsin;

2.2 2.4-cü bənddə "Dövlət Baytarlıq Müfəttişi" sözləri "Dövlət Baytarlıq Nəzarəti" sözləri ilə əvəz edilsin;

2.3. 3.2-ci bənddən "şəxsən" sözü çıxarılsın;

2.4. 3.5-ci bənddən ", dövlət baytarlıq müfəttişi tutduğu vəzifədən azad olunduğu" və "onların" sözləri çıxarılsın və həmin bənddə "onlardan" sözü "həmin qurumdan" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2014.-27 iyul.-S.3.