Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 165 Bakı şəhəri,
23 may 2014-cü il
"Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2013-cü il 27 dekabr tarixli 879-IVQD nömrəli Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 3 fevral tarixli 246 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722;
2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹
10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə
782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə 830,
¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹ 4,
maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr
846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə
971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə
777, ¹ 11, maddə 1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹
5, maddə 578; 2014, ¹ 1, maddə 74; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2014-cü il 5 may tarixli 123 nömrəli qərarı)
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
notariat hərəkətlərinin aparılması qaydaları
haqqında Təlimat"da aşağıdakı dəyişikliklər
edilsin:
1.
7-ci hissə üzrə:
1.1.
on birinci abzasda "sonra" sözü "dərhal sonra onu
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron
notariat" informasiya sistemi vasitəsilə," sözləri
ilə əvəz edilsin və həmin abzasa "müddətində"
sözündən sonra "isə" sözü əlavə
edilsin;
1.2.
on ikinci abzasda "Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat
Bankı"na" sözləri "Elektron notariat"
informasiya sisteminə" sözləri ilə əvəz
edilsin;
1.3.
on üçüncü abzasda "Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi "Notariat Sənədlərinin
Elektron Məlumat Bankı"na" sözləri "Elektron
notariat" informasiya sisteminə" sözləri ilə əvəz
edilsin;
1.4. on dördüncü abzasın ikinci cümləsində "ərizəsini" sözü "ərizəsinin" sözü ilə əvəz edilsin, həmin abzasa "birlikdə" sözündən sonra "Elektron notariat" informasiya sistemi vasitəsilə ərizənin təsdiq edildiyi gün, iki iş günü müddətində isə həmin sənədləri sifarişli poçt göndərişi vasitəsilə" sözləri əlavə edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir.".
2. 13-cü hissə üzrə:
2.1. dördüncü abzasda "42-1-ci maddəsinin tələbinə" sözləri "tələblərinə" sözü ilə, "notariuslar" sözü "notarius" sözü ilə, "hərəkətlərinə dair məlumatları "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na" sözləri "hərəkətləri barədə məlumatları "Elektron notariat" informasiya sisteminə" sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:
"Notarius notariat hərəkətlərini apararkən
bu Təlimatın
19-cu hissəsinin ikinci
abzasında göstərilmiş
məlumatları "Elektron
notariat" informasiya sistemindən istifadə etməklə yoxlamalıdır.
"Elektron notariat" informasiya sistemi vasitəsilə həmçinin
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
ilə notariat kontorları arasında yazışmalar aparılır.".
3. 19-cu hissəyə aşağıdakı
məzmunda ikinci abzas əlavə edilsin:
"Notariat hərəkətlərinin
aparılmasından əvvəl
notarius "Elektron notariat" informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən
etibarnamələrin və
vəsiyyətnamələrin təsdiqi və ya ləğv edilməsi, habelə vərəsəlik işinin
açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ
haqqında şəhadətnamələrin
verilib-verilməməsi barədə
müvafiq məlumatları yoxlamalıdır.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2014.- 1 iyun.- S.3.