Geniş tərkibdə görüş
İsveçrə
Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfəri
İyunun
2-də təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və İsveçrə
Konfederasiyasının Prezidenti Didye Burkhalterin nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Prezident
İlham ƏLİYEV dedi:
-Cənab
Prezident, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmişsiniz.
Sizi görməkdən məmnunam. Bu səfər çox
mühüm əhəmiyyət kəsb edir. Bu, çox
uğurla inkişaf edən və bir çox sahələri əhatə
edən ikitərəfli əlaqələrimizi bir daha nəzərdən
keçirmək üçün yaxşı imkandır.
Əminəm ki, qarşıdakı illərdə ikitərəfli
əlaqələrimiz daha da güclənəcəkdir.
Çünki əlaqələrimizi inkişaf etdirmək
üçün güclü siyasi iradə vardır. Bizim tərəfdaşlığımızın
mahiyyəti həqiqətən artır, bir çox sahələri
- siyasi, iqtisadi, investisiya və mədəniyyət sahələrini
əhatə edir. Buna görə mən əminəm ki,
qarşıdakı illərdə biz son bir neçə ildə
sürətlə inkişaf edən yaxın tərəfdaşlıq
əlaqələrini davam etdirəcəyik.
Bu
gün biz əlaqələrimizi genişləndirmək
üçün yaxşı perspektivləri, xüsusilə
qarşılıqlı investisiya və birgə müəssisələr
sahəsində, o cümlədən artıq başlayan və
çox səmərəli olacaq enerji sahəsində əməkdaşlığı
da müzakirə etdik. Siz həm də ölkəmizə
ATƏT-in sədri kimi səfər edirsiniz. Ümid edirik ki,
Sizin regiona səfəriniz çox səmərəli olacaq,
regionumuzda müsbət meyillərin inkişafına,
xüsusilə də münaqişələrin həlli
baxımından Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinin inkişafına
öz töhfəsini verəcəkdir.
Bir
daha xoş gəlmişsiniz. Ümidvarıq ki, səfəriniz
xoş keçəcəkdir.
X X X
İsveçrə Prezidenti Didye
BURKHALTER dedi:
-Cənab Prezident
və nümayəndə
heyəti, təşəkkür
edirəm. İlk növbədə çox xoş və səmimi qəbula görə Sizə minnətdarlığımı
bildirirəm. Bu qəbul, sözün hər mənasında, səmimidir, həm ölkə, həm də cazibədar landşaft baxımından.
Çox
təşəkkür edirəm.
Bu, mənim ölkənizə
ilk səfərimdir. Ölkənizlə
hərtərəfli tanış olmaq üçün çox vaxtım olmayıb. Bu, ətraflı tanışlıq
səfəri olmayacaqdır.
Əminəm ki, biz bir daha səfər edəcəyik və regionunuzu, ölkənizi, dünən axşam gələndə və bu gün səhər
də gördüyüm
kimi, bizdə dərin təəssürat
yaradan Bakı şəhərini daha yaxından öyrənmək
üçün daha çox vaxtımız olacaqdır. Qəbulunuza görə
təşəkkür edirəm.
Bu, bizim iki
ölkə üçün
xüsusi bir vaxtdır. İlk növbədə, bizim çox yaxşı dostluq əlaqələrimiz vardır
və biz onları intensivləşdirə bilərik.
Əminəm ki, özəl
investisiya sahəsində
geniş potensialımız
vardır. İsveçrə
şirkətləri Sizin ölkənizə
investisiya yatırmaqda
maraqlıdır.
Azərbaycan.-2014.-
3 iyun.- S.2.