Bol su ərzaq bolluğu deməkdir

 

 

5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

 

Ölkəmizdə bütün peşə sahələri, o cümlədən su təsərrüfatı və meliorasiya işçilərinin əməyi çox qiymətli və şərəflidir. Meliorasiyasu təsərrüfatı işçiləri  o insanlardır ki, məhz onların əməyi ilə susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıq ərazilər qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.

Prezident İlham Əliyev meliorasiyasu təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq hər il iyunun 5-nin su təsərrüfatı və meliorasiya işçiləri günü kimi qeyd olunması barədə 2014-cü il mayın 14-də sərəncam imzalamışdır. Sərəncamın imzalanması Prezidentin  bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi su təsərrüfatı və meliorasiya işçiləri  tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmışdır.

Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür- Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Ölkə ərazisi quraqarid zonada yerləşdiyinə görə  burada suvarma aparılmadan, meliorasiyasu təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyil. Bunu dəfələrlə qeyd etmiş müdrik  şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndər Heydər Əliyev meliorasiyasu təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycanda meliorasiyairriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı, intensiv inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz keçən əsrin 70-ci illərindən ölkəmizin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində xüsusi yüksəliş dövrü başlandı. Respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Həmin qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi. 1971-1975-ci illərdə Azərbaycanda meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən 2 dəfədən çox vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olundu, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradıldı. Həmin illər ərzində bir sıra iri irriqasiyameliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1,35 milyard kubmetr olan Araz su anbarı su elektrik stansiyası ilə birlikdə, Azərbaycan və İran ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, uzunluğu 37 kilometr, sərfi saniyədə 80 kubmetr olan Baş Mil kanalı, ümumi uzunluğu 71 km olan Yuxarı MilYeni Xan qızı kanalları, Naxçıvan MR- də 6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Jaqar-Jibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zoqolovoçay su anbarı  və digərləri tikilib istismara verildi. Bu dövrdə yerinə yetirilən tikinti işlərinin xarakterik cəhətlərindən biri də onların yüksək texniki səviyyədə aparılması idi.

1976-1982-ci illərdə ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndi. Həmin illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin miqdarı 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 89,6 min hektar yeni suvarılan sahələr istifadəyə verildi, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı,  274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı. Bundan əlavə, Tərtərçay üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən 550 milyon kubmetlik Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Naxçıvan MR-də Arpaçay üzərində 150 milyon kubmetrlik Arpaçay su anbarı, Naxçıvan çayından qidalanan və həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda 9,5 milyon kubmetrlik  Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verildi. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artdı.

Ulu öndər keçmiş ittifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiyasu təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ümummilli lider keçmiş ittifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə meliorasiyasu təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiyasu təsərrüfatı üzrə aparılan işlərin sürəti və həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi.

1993-cü ildə ulu öndərin respublika rəhbərliyinə qayıdışı meliorasiyasu təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi və sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə edilməsi yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Heydər Əliyevin göstərişi əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq meliorasiyasu təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, onlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiyairriqasiya haqqında" qanundur. Bu  qanunla meliorasiyairriqasiya sahəsində fəaliyyətin  əsas istiqamətləri və prinsipləri, meliorasiya  irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi.

Ulu öndər Heydər Əliyevin idarəetmə  işinin təkmilləşdirilməsi ilə bağlı verdiyi göstəriş və tövsiyələri rəhbər tutaraq, "Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" ASC-nin mərkəzi aparatı və yerli idarəetmə orqanlarının yeni strukturu  əsasnaməsi hazırlandı. "Meliorasiya və irriqasiya haqqında" qanuna uyğun  1997-ci il yanvarın 1-dən ölkədə mərhələ-mərhələ sudan pullu istifadəyə keçilməsinə başlandı.

Suvarma suyunun paylanmasını, sudan səmərəli  istifadə olunmasını, su ödənişlərinin toplanmasını təmin etmək, sudan istifadə zamanı meydana çıxan mübahisələri və digər məsələləri həll etmək məqsədilə könüllülük prinsipləri əsasında torpaq mülkiyyətçiləri və su istifadəçiləri tərəfindən yerlərdə sudan istifadəedənlər birliklərinin (SİB) yaradılmasına başlandı. Birliklərin yaradılması hazırda başa çatdırılmış, bütün suvarılan sahələri əhatə edən 547 SİB yaradılmışdır.

İstismar tədbirləri və əsaslı təmir hesabına hər il bu şəbəkələrdə müəyyən  həcmdə  təmir-təmizləmə  işləri aparılır və onların normal istismarı təmin edilir. Hər il 3,5 min km-dən artıq kollektor-drenaj, 11 min km-dən çox suvarma kanalları lildən təmizlənir, onların üzərində 6 mindən artıq hidrotexniki qurğu, mindən çox hidropost, 3 min ədəddən çox subartezian quyusu nasoslarının  təmiri işləri yerinə yetirilir.

2013-cü ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək ASC üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiyameliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir. Ölkə üzrə bütün kənd təsərrüfatı bitkiləri 1358,7 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 8,1 milyard kubmetr su götürülmüş və ayrıclardan su istifadəçilərinə 5,7 milyard kubmetr su verilmişdir. Cari ildə isə 1361 min hektar sahənin su təminatı nəzərdə tutulur. Hazırda dənli bitkilərin suvarılması başa çatmaq üzrədir. Digər kənd təsərrüfatı  bitkilərinin suvarılması isə davam edir. 

Dövlət büdcəsindən əsaslı  vəsait qoyuluşu hesabına bütövlükdə 1993-2003-cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 12530 metr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 metr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsizliyinin qarşısının alınması üçün 14603 metr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.

Ulu öndərin qurub yaratdığı müstəqil  Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli lider Heydər  Əliyev siyasi kursunun ən layiqli davamçısıdır. Prezident İlham Əliyevin sahəyə diqqəti və yaxından köməyi sayəsində bir çox layihələr başa çatdırılmış, bir çox layihələr uğurla davam etdirilir, bir çoxlarının isə həyata keçirilməsinə başlanılmışdır. Dövlət başçısının 2007-ci il noyabr ayının 8-də  Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə  su anbarının və 2011-ci il avqustun 15-də Vəlvələçay-Taxtakörpü kanalının 10,7 km-lik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq işlərin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun bariz sübutudur. Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün 2011-ci il noyabr ayının 16-da açılış mərasimlərində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması, 2013-cü ilin iyulun 19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması,  iyul ayının 18-də Siyəzən, 19-da Şabran şəhərlərində, avqustun 14-də İsmayıllı və sentyabrın 4-də Yardımlı şəhərlərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin, sentyabrın 28-də Taxtakörpü Su Anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimlərində iştirak etməsi də Prezidentin ölkədə meliorasiyasu təsərrüfatı sisteminin inkişafına olan ardıcıl qayğısından xəbər verir. Təsadüfi deyil ki, meliorasiyasu təsərrüfatı obyektlərində 2013-cü ildə  2003-cü ilə nisbətən 45 dəfədən çox tikinti, yenidənqurma və  bərpa işləri aparılmışdır. Bu müddət ərzində mövcud meliorasiyairriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 1972 km uzunluğunda suvarma kanallarının və 1475 km  uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidən qurulması işləri həyata keçirilmiş, 174 min hektar sahədə suvarılan torpaqların meliorativ vəziyyəti, 157 min hektar ərazidə su təminatı yaxşılaşdırılmış, 24 min hektar yeni suvarılan sahələr istifadəyə verilmiş, 889 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 183  km sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 3971 km uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri yerinə yetirilmişdir.

"MeliorasiyaSu Təsərrüfatı" ASC üzrə 2013-cü il  ərzində  bütün  mənbələrdən, o cümlədən, büdcə vəsaiti, xarici investisiyalar, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına 69 keçid  və 7 yeni  obyektdə layihələndirmə və əsaslı  tikinti-quraşdırma işləri aparılmışdır. Dünya Bankının krediti ilə həyata keçirilən "Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində respublikanın 8 rayonunda içməli  su təchizatı və kanalizasiya sistemləri  infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Siyəzən, Şabran, İsmayıllı və Yardımlı rayon mərkəzlərində  içməli sukanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılmışdır.  Layihə çərçivəsində  283,28  kilometr su və 179,2 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Eyni zamanda  bankın krediti ilə "Sudan istifadəedənlər birliklərinin inkişafina dəstək layihəsi" çərçivəsində 40656 hektar torpaq  sahəsində suvarmadrenaj şəbəkələrinin bərpası, yenidən qurulması  işləri aparılmışdır.

Dövlət Neft Fondundan ayrılan vəsait hesabına isə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil edilmiş ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının SES-lə birlikdə,  uzunlugu 23,51 km Vəlvələçay-Taxtakörpü  (2-ci mərhələsi) və uzunluğu 110,33 km olan Taxtakörpü-Ceyranbatan  kanallarının  tikintisi başa çatdırılmışdır.

Bundan əlavə, dövlət büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri üzrə Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə,  Kürdəmir rayonu ərazisində Çərtəyaz, Çöl Ərəb və Muradxanlı kəndlərinin və Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarının torpaqlarının suvarılması üçün suvarma kanallarının tikintisi və Qayğı kanalının yenidənqurulması, Ağstafa rayonunun ərazisindəki Candar kanalından su götürən R-17 kanalının  əsaslı təmiri, Yuxarı Qarabağ kanalı maşın qolununQazax rayonunun Şıxlı arxının yenidən qurulması, Goranboy rayonunda "Xanarx" beton kanalının bərpası və yenidən qurulması üzrə işlər davam etdirilmişdir. Kürdəmir rayonu ərazisində  Axtaçı-Ərəbqubalı kanalının tikintisinin başa çatdırılması ilə  4000 hektar sahənin su təminatı yaxşılaşdırılmışdır.

Tikintisinə  2009-cu ildə başlanılmış və ümumi sututumu 170 milyon kubmetr olan Şəmkirçay çayı üzərində dəryaçanın tikintisinin cari ilin sonlarında başa çatdırılması nəzərdə tutulur. Burada tikinti işlərinin  başa çatdırılması ilə Şəmkir, Göygöl, SamuxGoranboy rayonlarının 50122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq, 20834 hektar yeni sahələrin suvarılması təmin ediləcək. Eyni zamanda ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının da tikintisi  davam etmişbu işlərin də  cari  ilin sonlarında başa çatdırılması gözlənilir. Tikinti işlərinin tamamlanması ilə Tovuz və Şəmkir rayonlarının 18465 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşacaq və Tovuz rayonunun Aşağı və Yuxarı Öysüzlü kəndlərinin ərazilərində 1560 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək.

Ölkənin regionlarında su təchizatının yaxşılaşdırılması üçün  rayonların  ərazilərində 1610 hektar sahədə 60 subartezian quyusunda qazma işləri tamamlanmışdır. Həmçinin   Prezidentin 15 may 2013-cü il tarixli sərəncamı ilə 29 rayonun 104  yaşayış  məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 107 subartezian quyusunun qazılması başa çatmışdır. Bu  quyular 2400 hektar sahəni su ilə təmin edir. Bunlardan savayı, qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvarın Aranlı və Çinarlı kəndlərində, rayonun  sərhədyanı ərazilərində, Yevlaxda, Laçının Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında, Ağdamdakı Atçılıq zavodunun ərazisində, Beyləqanın Milabad qəsəbəsi ərazisində, Bərdə,  Tərtər    Şəmkir  rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması məqsədilə 124659,2 paqonmetr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası  aparılmışdır. Görülmüş işlər nəticəsində 3055 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşmışdır.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı isə Abşeron magistral kanalının 5750  pm-lik hissəsində yenidənqurma işləri aparılmış, Suraxanı rayonundakı  Hövsan nasos stansiyasında hidrotexnikielektrik avadanlıqların quraşdırılması və Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən ziyarətgahın ətrafında 250 hektar ərazidə qrunt sularının səviyyəsinin aşağı salınması üzrə 2200 pm uzunluğunda qapalı suyığıcı çəkilmişdir.

Ölkənin ən təhlükəli hesab olunan çaylarında sel və daşqınlara qarşı mühafizə bəndlərinin tikintisi  işləri  həyata keçirilmiş, 11771 pm uzunluğunda  sahilbərkitmə  işləri yerinə yetirilmiş, Türyançay çayının məcrasında 4195 pm uzunluğunda  məcratəmizləmə işi görülmüşdür. Bunlarla birlikdə Füzuli və Ağcabədi rayonlarının inzibati ərazilərində müvafiq olaraq 3000 və 1000 hektar dövlət ehtiyat fondu torpaqlarında iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Yuxarı Mil kanalının  4,75 kilometrlik hissəsinin tikintisi, 2,3 kilometrlik  hissəsində yenidənqurma və onun üzərində nasos stansiyasının tikintisi işləri başa çatdırılmışdır. Hacıqabul rayonunun inzibati ərazisindəki 1625,6 hektar qış otlaq sahəsini və Hacıqabul magistral kanalının 4,3 km-lik, eyni zamanda  Padar kəndinin 800 hektar torpağını suvarma suyu ilə təmin etmək üçün Padar magistral kanalının 3,4 km-lik hissəsinin tikintisi tamamlanmış, Yuxarı Şirvan kanalının üzərində  2 akveduk yenidən qurulmuşdur.

Məlum olduğu kimi, Prezident İlham Əliyev  2014-cü il yanvarın 29-da "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, ümumi əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 233 yaşayış məntəqəsində  əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və  qazılması məqsədilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat vəsait ayrılmışdır. 2014-cü ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə əsasən Ağdam rayonunda 19, Bərdə    Zaqatala rayonlarının hər birində 17,  Qazax rayonunda 16, Tovuz rayonunda 14, Ağcabədi, Goranboy, Samux və Şəmkir rayonlarının hər birində 13, habelə  digər rayonlarda müvafiq sayda subartezian quyularının qazılması təmin olunacaq. Bu, regionlarımızda, bütövlükdə isə ölkədə  8 min hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması deməkdir.

Ümumiyyətlə, dövlətin "Azərbaycan Melio

rasiyaSu Təsərrüfatı" ASC-yə olan diqqət və dəstəyi ardıcıldır. Bu il fevralın 5-də Heydər Əliyev Mərkəzində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident  İlham Əliyev sahənin qarşısında duran vəzifələrdən danışarkən demişdir: "Meliorasiya layihələri icra edilir. Biz keçən il Taxtakörpü Su Anbarının açılışını qeyd etdik. Güman edirəm ki, biz bu ilin sonuna qədər Şəmkirçay Su Anbarının açılışını qeyd edəcəyik. Beləliklə, iki nəhəng meliorasiya layihəsi başa çatacaqbiz bundan sonra yeni suvarılacaq torpaqlarda hansı işlərin görülməsi haqqında düşünməliyik."

Onu da qeyd edək ki, Prezidentin Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqramın qəbul edilməsinin vacibliyi barədə verdiyi tapşırığın icrası üçün sahənin gələcək inkişafının təmin edilməsi məqsədilə ASC tərəfindən "Azərbaycan Respublikasında meliorasiyasu təsərrüfatının 2014-2020-ci illərdə  inkişafına dair proqram" hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Prezidentin müvafiq fərman və sərəncamları ilə  təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiyasu təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Hazırda "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda, eləcə də digər sənədlərdə icrası ASC-yə aid olan tədbirlərin bir hissəsi artıq yerinə yetirilmişdir. ASC "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramı" üzrə də meliorasiyasu təsərrüfatı sahəsində görüləcək işlərə və tələb olunan vəsaitə dair təkliflərini aidiyyəti üzrə təqdim etmişdir.

"MeliorasiyaSu Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti, onun çoxminli kollektivi dövlətin diqqət və qayğısına cavab olaraq əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək, mövcud meliorasiya irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, onların lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş vəzifələri vaxtında və layiqincə yerinə yetirmək üçün bundan sonra da daim səylə çalışacaq.

 

Əhməd ƏHMƏDZADƏ,

"MeliorasiyaSu Təsərrüfatı" ASC-nin sədri

Azərbaycan.-2014.- 3 iyun.- S.7.