Ş.M.Yusupovanın «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında teatrkino sənətinin inkişafındakı xidmətlərinə görə Şükufə Mühəddin qızı Yusupova "Şöhrət" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 3 iyun 2014-cü il

Azərbaycan.-2014.- 4 iyun.- S.4.